Yuxarı

Baş nazir qaydalara dəyişiklik etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazir qaydalara dəyişiklik etdi

Baş Nazir Novruz Məmmədov Nazirlər Kabinetinin bir sıra qərarlarında dəyişiklik edib.

Axar.az xəbər verir ki, dəyişikliklər Azərbaycanda arıçılıq sahəsində inkişafı təmin etmək üçün olunub.

"Azərbaycan Respublikasında arıçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2009-cu il 5 avqust tarixli 116 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilib:

- həmin Qərarla təsdiq edilmiş "Arıxanalara baytarlıq-sanitariya pasportunun (şəhadətnaməsinin) verilmə Qaydası və Forması”nın 1.3-cü bəndində "Dövlət Baytarlıq Nəzarəti Xidməti” sözləri "Aqrar Xidmətlər Agentliyi” sözləri ilə əvəz edilib;

"Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilib:

- 4.6-cı bənddə "Baytarlıq Xidməti” sözləri "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi” sözləri ilə əvəz edilib;

- 5.1.3-cü yarımbənddə və 11.1-ci bənddə ismin müvafiq hallarında "Dövlət Baytarlıq Xidməti” sözləri ismin müvafiq hallarında "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi” sözləri ilə əvəz edilib.

Analoji dəyişikliklər "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki bəzi qurumların fəaliyyətinin təkmilləşdirilməsi haqqında”, "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının tərkibi haqqında” , "Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”, "Azərbaycan Respublikası ərazisində hüquqi və fiziki şəxslərə məxsus traktor, özüyeriyən maşın və mexanizmlərin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarəti haqqında” qərarlarda da edilib.

Tarix
2019.05.26 / 15:29
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla