Yuxarı

Azərbaycanlının ölümündə suçlandırılan şəxs azad edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlının ölümündə suçlandırılan şəxs azad edildi

Tiflis Şəhər Məhkəməsi Gürcüstan Baş prokurorunun ərizəsi əsasında keçmiş baş nazir Zurab Jvaniyanın mühafizəçisi olan Mixail Dzadzamiyanın 2 min lari qarşılığında həbsdən girovluğa buraxılması haqqında qərar qəbul edib.

Axar.az xəbər verir ki, prokurorluq bu addımın Gürcüstan Cinayət Prosesual Məcəlləsinə uyğun olaraq atıldığını bildirib.

Zurab Jvaniyanın ölümündə günahkar hesab edilən mühafizəçilər Mixail Dzadzamiya və Koba Xarşiladze özlərinin hüquqi haqlarından bəhrələniblər və andlılar məhkəməsinə müraciət ediblər. Bundan sonra isə andlıların seçilməsində problem yaranıb. 17 sentyabrda işin məhkəməyə göndərilməsindən üç ay keçməsinə baxmayaraq, hələ 13 andlıdan yalnız biri seçilib. Buna görə də məhkumun 9 aylıq gözaltına alınması müddəti bitib və Dzadzamiya pul qarşılığında azadlığa çıxıb. Lakin andlılar seçildikdən sonra proses davam etdiriləcək.

Dzadzamiya öz səlahiyyətlərindən düzgün və doğru istifadə etməməkdə günahlandırılır.

Xatırladaq ki, Zurab Jvaniya Kvemo Kartli qubernatorunun müavini azərbaycanlı Raul Yusifovla birlikdə 3 fevral 2005-ci ildə Tiflisin Saburtalinski küçəsində yerləşən mənzildə dəm qazında zəhərlənərək həlak olmuşdular. Rəsmi Tiflis hələ də onların ölümünün tam səbəbinin nə olduğunun aydınlaşdırılmadığını bildirib.

Bəzi mənbələr hər iki siyasətçinin öldürüldüyünü qeyd etmişdilər. Yusifovun ölümündən bir müddət sonra atası Yaşar Yusifov açıqlama verərək, Tiflisin rəsmi mövqeyini təkzib etmiş və oğlunun Saburtalinski küçəsində heç vaxt mənzilinin olmadığını vurğulamışdı. Jvaniyanın qardaşı isə mənzildə ölən hər iki şəxsin əl izlərinin aşkarlanmadığını qeyd etmişdi. Bu məqam onların başqa yerdə öldürüldükdən sonra bu mənzilə gətirilməsi versiyasını meydana çıxarırdı.

Sonrakı günlərdə müxtəlif gürcü siyasətçilər Jvaniyanın öldürüldüyünü və ölümdə Saakaşvilinin günahkar olduğunu söyləmişdilər.

Tarix
2014.12.16 / 09:39
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İran Azərbaycanı: Stalin geri çəkilməyə məcbur olmuşdu

SEPAH Bakı-Ceyhana hücum edə bilər? - Risk və təhdid artdı

Bayramova gecəyarısı gələn bu zəng İrana tərs şillə oldu

Prezident Mixay Popşoini qəbul etdi - Foto

Naxçıvana hücum səbəbi - Ağar çağırış etdi

Saakaşvili: Terrorçu rejim Azərbaycanı qəsdən vurdu

Naxçıvana düşən dronun üzərinə nə yazılıb? - Foto

İran Azərbaycana yenə hücum edə bilər? – Səfir

İranda komandanlıq yoxdur, Azərbaycana zərbə... - Naumov

Ordumuz döyüş mövqelərinə çıxarıldı - MN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla