Yuxarı

MTN-dən yeni əməliyyat: Həbs olunanlar var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTN-dən yeni əməliyyat: Həbs olunanlar var

Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının əldə edilməsində, saxlanılması, daşınması və gəzdirilməsində, habelə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək Azərbaycan Respublikasının ərazisinə narkotik vasitələrin daşınması hüquqazidd əməllərinin törədilməsində şübhəli bilinən bir qrup şəxs tutulub.

MTN-nin İctimai Əlaqələr İdarəsindən Trend-ə verilən məlumata görə, həyata keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Mehdiyev Aftandil Ağadadaş oğlu, Mehdiyev Zaur Ağadadaş oğlu, Mirzəyev Rauf Nicat oğlu və Həsənov Namiq Məmməd oğlu cinayət başında yaxalanıblar. Onların yaşadığı mənzillərə və üzərlərinə keçirilmiş baxış nəticəsində 2 ədəd "Makarov" tipli tapança, 33 ədəd patron, 2 ədəd tapança sandıqçası, 1 ədəd "Naqan" tipli revolver tapança və ona aid 5 ədəd patron, habelə 2 kiloqram 500 qramdan artıq qızıl məmulatları və 641 qramdan artıq gümüş və digər qiymətli metallardan hazırlanmış zinət əşyaları, külli miqdarda narkotik vasitələr – heroin, tiryək, qurudulmuş marixuana və psixotrop maddə olan diazepam aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı MTN-nin İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Mehdiyev Aftandil Ağadadaş oğlu, Mehdiyev Zaur Ağadadaş oğlu, Mirzəyev Rauf Nicat oğlu və Həsənov Namiq Məmməd oğlu təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə bütün halların araşdırılması, bu qanunazidd əməllərin digər iştirakçılarının müəyyən edilməsi üçün istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cinayət işinin istintaqı prosesində yeni xüsusatlar üzə çıxdığından, eləcə də Aftandil Mehdiyev, Zaur Mehdiyev, Rauf Mirzəyev və Namiq Həsənovun qanunsuz hərəkətlərinin yuxarıda göstərilənlərlə məhdudlaşmadığını ehtimal etməyə imkan verən kifayət qədər əsaslar olduğundan, onların hüquqazidd əməllərindən zərər çəkmiş vətəndaşlardan MTN-nin ərazi orqanlarına müraciət etmələri xahiş olunur: Əlaqə telefonu: 405-99-99.

Tarix
2014.12.17 / 15:50
Müəllif
Axar.az
Digər xəbərlər

Xəritə yayıldı: bu ərazilər Azərbaycan və Türkiyəyə verilir - Qeqamyan

Məşhur general işdən azad edildi

Prezident onlara müraciət ünvanladı

Moskva Bakı ilə bağlı bu mübarizəyə başladı

Moskva Bakı və İrəvana müraciət etdi

Mehdiyev həbs edildi: kadrları dərhal hərəkətə keçdilər

Mehdiyev işinin şifrələri: daha kimlər həbs olunacaq?

Türkiyədə qərar: Azərbaycanlılar hansı üstünlüklər qazandı?

Həbs edilən Ramiz Mehdiyevin milyardları üzə çıxır - Siyahı

Azərbaycan-İran sərhədi ilə bağlı yenilik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla