Yuxarı

Zakir Həsənov yeni mərkəzin açılışında - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov yeni mərkəzin açılışında - Foto

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Ordusunun modernizasiyası planına əsasən həyata keçirilən fəaliyyətlər davam etdirilir. İyunun 6-da Müdafiə Nazirliyinin Baş İdarələrindən birinin Komanda İdarəetmə Mərkəzinin yeni inzibati binasının açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, Mərkəzin fəaliyyəti və xidmətin təşkili ilə barədə Müdafiə naziri, general-polkovnik Zakir Həsənova brifinq təqdim olunub. Məruzə olunub ki, Mərkəz yüksək texnologiyalı bütün kommunikasiya xətləri və digər zəruri avadanlıqlarla təchiz edilmiş inzibati və xidməti iş otaqlarından ibarətdir.

Komanda İdarəetmə Mərkəzinin əsas təyinatı bilavasitə tabelikdə olan qüvvə və vasitələrin dayanıqlı idarə edilməsi, digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin olunması, qoşunlardan və qərargahlardan daxil olan məlumatların təhlil olunaraq yuxarı komandanlığa təqdim edilməsidir.

Hər bir istiqamət üzrə əməliyyat şəraiti optik-elektron müşahidə vasitələri ilə daim nəzarətdə saxlanılır, hava və suüstü şəraitə nəzarət isə qoşun növlərinin qüvvə və vasitələri ilə qarşılıqlı fəaliyyətdə fasiləsiz həyata keçirilir.

Tarix
2019.06.06 / 12:41
Müəllif
Axar.az
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla