Yuxarı

Bu agentliyə yeni səlahiyyət verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu agentliyə yeni səlahiyyət verildi

Azərbaycanda canlı heyvanların gömrük ərazisinə gətirilməsi barədə gömrük orqanı tərəfindən məlumatlar artıq baytarlıq xidməti orqanlarına deyil, Qida Təhlükəsizliyi Agentliyinə veriləcək.

Axar.az xəbər verir ki, bununla əlaqədar Nazirlər Kabinetinin “Təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dəyişiklik edilib.

Bu dəyişikliyə əsasən, canlı heyvanların gömrük ərazisinə gətirilməsi barədə gömrük orqanı tərəfindən Qida Təhlükəsizliyi Agentliyinə məlumat veriləcək.

İndiyədək isə bu barədə qərar baytarlıq xidməti orqanlarına verilirdi.

NK “Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən verilmiş icazə sənədləri təqdim edilməklə sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilən və beynəlxalq poçt göndərişləri vasitəsilə alınan (göndərilən) mallar”a da dəyişiklik edib.

Qərarın indiyədək qüvvədə olan variantına əsasən, qeyd edilən mallara Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin verdiyi beynəlxalq baytarlıq sertifikatı əsasında heyvanlar, heyvan mənşəli məhsullar və xammal, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin verdiyi pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamə, fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı əsasında bitkilər və bitkiçilik məhsulları, həmçinin bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr daxil olub.

Qərara edilən yeni dəyişikliklərə görə, Dövlət Baytarlıq Xidmətinin bəzi səlahiyyətləri Qida Təhlükəsizliyi Agentliyinə verilib.

Qərara edilən yeni dəyişiklikliyə əsasən, “Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən verilmiş icazə sənədləri təqdim edilməklə sadələşdirilmiş qaydada gömrük sərhədindən keçirilən və beynəlxalq poçt göndərişləri vasitəsilə alınan (göndərilən) mallar”a Qida Təhlükəsizliyi Agentliyinin idxal olunan ölkələr tərəfindən tələb edildiyi halda verdiyi beynəlxalq baytarlıq sertifikatı əsasında heyvanlar, heyvan mənşəli məhsullar və xammal, pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin dövlət qeydiyyatı haqqında şəhadətnamə, fitosanitar (təkrar ixrac fitosanitar) sertifikatı əsasında bitkilər və bitkiçilik məhsulları, həmçinin bitki mühafizə vasitələri və aqrokimyəvi maddələr daxil edilib.

Tarix
2019.06.08 / 10:56
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla