Yuxarı

Nazirin dünən imzaladığı əmrdə xüsusi nüans – İlk dəfə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirin dünən imzaladığı əmrdə xüsusi nüans – İlk dəfə

Sabah keçiriləcək “Son zəng”lə bağlı imzalanmış əmrdə tədbirin saat neçədə keçirilməsi haqda heç bir məlumat qeyd ediləməyib. Bu, texniki səhv ola bilər.

Bu sözləri Axar.az-a təhsil eksperti Elşən Qafarov “Son zəng” günü ilə bağlı imzalanan əmrin mətnindən danışarkən deyib.

E.Qafarov bildirib ki, “Son zəng” tədbirinin başlama saatı barədə məlumat verilməlidir:

“Əmrdə “Son zəng” tədbirinin saat neçədə başlayıb, neçə saat davam etməsi ilə bağlı məlumat qeyd edilməyib. Bundan əvvəlki əmrlərdə qeyd edilirdi ki, tədbir saat 10-da başlayıb bir saat davam edəcək və sair. Bu, məktəblərdə təhlükəsizliyi qoruyacaq polis əməkdaşları üçün də vacib olan məsələdir”.

Təhsil eksperti vurğulayıb ki, ola bilər, nazirlik daxili təminatla bütün ümumtəhsil məktəblərinə tədbirin hansı saatda keçirilməsi ilə bağlı məlumat göndərib.

Təhsil Nazirliyindən məsələ ilə bağlı Axar.az-a bildirilib ki, “Son zəng” tədbirinin vaxtını məktəblər öz proqramına əsasən müəyyən edəcək:

“Tədbirlərin keçirilməsi ilə bağlı konkret saat müəyyənləşdirilməyib. Hər məktəb özü daxili proqramına əsasən tədbirin saatını müəyyən edəcək. Tədbirlər səhər saatlarında hər məktəbin özünün müəyyən etdiyi vaxtda keçriləcək”.

Xatırladaq ki, iyunun 14-də hər bir ümumi təhsil müəssisəsinin ərazisində "Son zəng" tədbiri təşkil olunacaq.

Təhsil naziri Ceyhun Bayramovun bununla bağlı imzaladığı əmrdə ölkənin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri, məktəb məzunlarının iştirakı tövsiyə olunub.

Tarix
2019.06.13 / 12:48
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bakıda var, Tiflisdə var – bəs, İrəvanda niyə yoxdur?

Ərdoğan bu torpağa ayaq basa bilməyəcək – Katz

Azərbaycan XİN Çilini təbrik etdi

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla