Yuxarı

Rauf Arifoğlu xəstəxanaya yerləşdirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rauf Arifoğlu xəstəxanaya yerləşdirildi - Foto

“Yeni Müsavat” qəzetinin baş redaktoru, tanınmış jurnalist Rauf Arifoğlunun səhhətində problem yaşanıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı R.Arifoğlu Feysbuk hesabında qeyd edib. O, son 3 gününü xəstəxanada keçirdiyini bildirib:

“Azərbaycan həkimlərinə təşəkkür edirəm. Son 3 günümü xəstəxanada keçirdim. Təkrarlanan qəfil başdönmələri, aritmiya ilə Mərkəzi Gömrük Hospitalına müraciət etdim. Mükəmməl, qayğıkeş, savadlı həkimlərimiz, dünya standartlarında xəstəxanamız var deyə bilərəm. Eyni simptomla Londonda da xəstəxanada oldum, müayinələrdən keçdim. Türkiyədə də ən məşhur xəstəxanalarda ya özüm, ya da yaxınlarım müayinə - müalicələrdən keçiblər. Müqayisə üçün çoxlu predmet var yəni. Birmənalı şəkildə deyirəm ki, Gömrük Hospitalı da daxil olmaqla, Azərbaycanın bir neçə xəstəxanası və xüsusi ilə həkimləri heç nə ilə geri qalmırlar. Artıq xaricə getməyə, əlavə məsrəflər etməyə heç gərək qalmayıb.

Belə mükəmməl tibb ocağı qurduqlarına görə Gömrük Komitəsinə, hospitalı saat kimi dəqiq işlədən baş həkim Elman Məmmədova, dünyaca məşhur kardio-cərrahımız, dəyərli millət vəkilimiz, ailəmizin iki üzvünün ürəyini əməliyyat edib, onlara həyat verən, bu dəfə isə qayğısını məndən əsirgəməyən Rəşad Mahmudova, kardioloq Günay Hətəmova, möcüzələr yaradan nervpotoloq, dəyərli həkimim Lala İbrahimova, tibb bacılarına, bütün personala minnətdaram.

Həm müayinə, həm müalicə olundum, həm dincəldim, qısa müddətdə formaya qayıtdım. Allah bütün xəstələrə şəfa versin”.

Tarix
2019.06.19 / 11:48
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla