Yuxarı

Müəllimlərin maaşı bu qədər artdı – Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müəllimlərin maaşı bu qədər artdı – Siyahı

Xəbər verdiyimiz ki, Prezident İlham Əliyev ötən gün minumum əmək haqlarının və müxtəlif sahədə çalışan şəxslərin aylıq maaşlarının artırılmasıyla bağlı 15 sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov sosial media hesabında bu sərəncamdan sonra dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının nə qədər artması barədə məlumat yayıb.

O bildirib ki, senyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan sərəncama əsasən müəllimlərin maaşı aşağıdakı kimi olacaq:

- Pedaqoji staj 3 ilə qədər olduqda - bir stavka dərs yükü (18 saat) 77 manat artaraq, 462 manata (əvvəl 385 manat) qalxacaq;

- Pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) 83 manat artaraq, 496 manata (əvvəl 413 manat) qalxacaq;

- Pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) 87 manat artaraq, 522 manata (əvvəl 435 manat) qalxacaq;

- Pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) 93 manat artaraq, 555 manata (əvvəl 462 manat) qalxacaq;

- Pedaqoji staj 18 ildən çox olduqda bir stavka dərs yükü (18 saat) 99 manat artaraq 594 manata (əvvəl 495 manat) qalxacaq.

Ekspert onu da bildirib ki, bu sərəncamla ümumi təhsil müəssisələrində istifadə edilən dərslik və ya müəllim üçün metodik vəsaitlərin müəlliflərinin maaşına isə 45 manat əlavə olunur:

“Bundan başqa, elmlər doktorunun maaşına 100, fəlsəfə doktorunun maaşına 60, “əməkdar” fəxri adına layiq görülənlərin maaşına 100, “xalq” fəxri adına layiq görülənlərin maaşına isə 150 manat əlavə nəzərdə tutulur”.

Tarix
2019.06.19 / 14:49
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla