Yuxarı

DİN-dən sürücülərə müraciət: Əməl edin!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi (DİN) avtomobilləri piyada səkilərində saxlayan sürücülərə müraciət edib.

Axar.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətdə bildirilib: “Bakı şəhərində piyada səkilərində nəqliyyat vasitələrinin saxlanılması, sürücülər tərəfindən qanunsuz zəbt edilməsi hallarının artması vətəndaşların haqlı narazılığına səbəb olur. Bu barədə Daxili İşlər Nazirliyinə ayrı-ayrı şəxslər tərəfindən şikayət xarakterli məktublar ünvanlanır. Bildirmək istəyirik ki, yollarda təhlükəsizliyin təmin olunması üçün istər piyadalar, istərsə də sürücülər qanunların tələblərinə riayət etməli və qaydaları pozmamalıdırlar. Dayanma-durma tələbinin düzgün yerinə yetirilməməsi digər hərəkət iştirakçıları ilə yanaşı, piyadaların da həyatına böyük təhlükə yaradır. Sürücülərin diqqətinə çatdırılır ki, “Yol hərəkəti haqqında” qanunun 52-ci maddəsi dayanma-durma, 53-cü maddəsi isə avtommobillərin parklanma tələblərini tənzimləyir”.

Müraciətdə, həmçinin bildirilib ki, iyunun 19-da Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları təbliğat işlərini gücləndirmək məqsədilə paytaxtın bir neçə prospekt və yollarında piyada səkilərində avtomobilləri park edən sürücülərlə maarifləndirici söhbətlər aparıblar. Sürücülərin diqqətinə çatdırılıb ki, xüsusilə piyadaların hərəkəti üçün nəzərdə tutulan səkilərdə avtomobillərin park edilməsi inzibati xəta tərkibi yaradır. Belə ki, səkilərin zəbt edilməsi piyadaların yolun hərəkət hissəsinə çıxmasına və beləliklə də onların həyatlarını təhlükə qarşısına qoyması ilə nəticələnir. Rəyi soruşulan paytaxt sakinləri də avtomobillərin səkilərdə park edilməsinin piyadaların hərəkətinə ciddi maneə yaratdıqlarından şikayətləniblər. Qeyd edək ki, paytaxtın bəzi nöqtələrində sürücülərin əlillər, uşaq arabalarının hərəkəti üçün nəzərdə tutulan pandusların üzərində belə nəqliyyat vasitələrini park etdikləri müşahidə olunub.

“Sürücülərdən xahiş olunur ki, dayanma-durma və parklanma tələbləri ilə bağlı qanunlara düzgün əməl etsinlər və digər hərəkət iştirakçılarının, xüsusilə də piyadaların təhlükəsizliyi üçün nəqliyyat vasitələrini səkilərdə saxlamasınlar”, - deyə müraciətdə qeyd olunub.

Tarix
2019.06.19 / 19:33
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Su Hui ilə görüşdü

Qafqazda artıq sülh dövrü başlayıb - Prezident

Şuşada külli miqdarda silah-sursat aşkarlandı - Birgə məlumat

İlham Əliyev Türkiyənin Baş Qərargah rəisini qəbul etdi

Azərbaycan-NATO tərəfdaşlığı müzakirə olundu - Foto

Ermənilər öz həyatlarını Ermənistanda tapmalıdır

İlham Əliyev İSESKO-nun Baş direktorunu qəbul etdi

Antiterror əməliyyatı hamıya dərs oldu - Prezident

Prezident Xocalıda kənd sakinləri ilə görüşdü - Foto

Prezident onu təltif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla