Yuxarı

Bakıdan Batumiyə reys açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdan Batumiyə reys açıldı

Bakı Beynəlxalq Avtovağzal Kompleksində(BBAK) Bakı-Batumi-Bakı istiqaməti üzrə yeni reys sərnişinlərin ixtiyarına verilib.

Axar.az xəbər verir ki, bu barədə BBAK-ın mətbuat katibi Pərvin Məmmədova bildirib.

O bildirib ki, 1 iyul tarixindən etibarən hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Bakı vaxtı ilə saat 18:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Batumi istiqaməti üzrə avtobus reysi fəaliyyətə başlayacaq:

“Avtobus Batumi şəhərinə növbəti gün saat 10:00-da çatacaq. Avtobusun Batumidən geriyə yola düşmə vaxtı isə həftənin çərşənbə, cümə və bazar günləri saat 10:00-da olacaq.
Biletin bir istiqamət üzrə qiyməti 40.00 AZN təşkil edir.

Sərnişinlər Bakı-Batumi-Bakı reysinə biletləri “avtovagzal.az” saytı və mobil tətbiq vasitəsilə “onlayn” qaydada, həmçinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarına yaxınlaşmaqla əldə edə bilərlər.

Məlumat üçün bildirək ki, biletləri “Qabaqcadan satış” kassaları və “Onlayn” qaydada 10 gün öncədən 1 gün qabağa qədər əldə etmək mümkündür.
5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.
Sərnişinlərin istəyinə uyğun olaraq, beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür”.

Tarix
2019.06.20 / 19:34
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla