Yuxarı

“Kapital Bank”ın dəstəyi ilə keçirilən olimpiadanın qalibləri təltif edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Kapital Bank”ın dəstəyi ilə keçirilən olimpiadanın qalibləri təltif edildi

“Kapital Bank” sosial yönümlü fəaliyyətinə uyğun olaraq Təhsil Nazirliyinin təşkil etdiyi Respublika Fənn Olimpiadalarının keçirilməsinə dəstək göstərib. Fizika, kimya, riyaziyyat, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə 30 000-dən artıq şagird tədbirdə iştirak edib.

Axar.az xəbər verir ki, 19 iyun 2019-cu il tarixində olimpiadanın qaliblərinin təltif edilməsi mərasimi keçirilib. Tədbirdə Təhsil Naziri Ceyhun Bayramov, ali məktəb rektorları, dövlət rəsmiləri, millət vəkilləri, ictimai xadimlər və digər qonaqlar iştirak edirdi.

Olimpiadada hər fənn üzrə olan qaliblərə müvafiq olaraq qızıl, gümüş, bürünc medal, diplom və müxtəlif hədiyyələrlə təltif olunub. Həmçinin sonda ölkənin güclü şagirdləri “Birincilərin birincisi” nominasiyasında elan edilib.

Qeyd edək ki, təhsil layihələrinə dəstək verən “Kapital Bank”hər il Təhsil Nazirliyi ilə birgə bir neçə layihə həyata keçirilib. Yaxın gələcəkdə təhsillə bağlı yeni birgə layihələrin keçirilməsi planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 99 filialı və 13 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2019.06.21 / 10:33
Müəllif
Axar.az
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla