Yuxarı

Lənkəranda məmurun qardaşı futbolda dünyasını dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lənkəranda məmurun qardaşı futbolda dünyasını dəyişdi

Lənkəranda futbol oynayan zamanı dünyasını dəyişən Canbaxış Əliyev Lənkəran rayon İcra Hakimiyyətinin şöbə müdiri Əlimərdan Əliyevin qardaşıdır.

Əlimərdan Əliyev ANS-ə açıqlamasında Canbaxış Əliyevin səhhətində əvvəllər elə də ciddi problemlər olmadığını deyib.

"Bir neçə ay bundan əvvəl ürəyində problemlər olub. Lakin elə də ciddi ağrıları olmayıb. Özü idmançı idi. Dünyada çox adam ürəyində problemlə bağlı rəhmətə gedir. Qardaş itirmək çox ağırdır", - deyə Əlimərdan Əliyev bildirib.

Qeyd edək ki, 1950-ci il təvəllüdlü Canbaxış Əliyev uzun müddət idmanla məşğul olub. Evlidir. 2 övladı və 3 nəvəsi var. O, dünən səhər saatlarında Lənkəran şəhər ərazisində yerləşən idman kompleksində futbol oynayarkən qəfil halı pisləşib. Həkim çağrılana qədər C.Əliyev dünyasını dəyişib.

Müayinədən sonra onun infarktdan öldüyü məlum olub.

Tarix
2014.12.23 / 14:36
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident tapşırıq verdi: Diplomatlarımız təxliyə edildi

Bu hücumu qətiyyətlə pisləyirik - Pelleqrini

BMT də Naxçıvana hücuma səssiz qalmadı

Tsviyanoviçdən Əliyevə: Biz bunu qəti şəkildə qəbul etmirik

Bu səhifə Azərbaycanla bağlı dezinformasiya yayır

İlham Əliyev Babişə təşəkkür etdi

SEPAH Azərbaycanda bu hədəflərə hücum hazırladı - Video

Çexiya baş naziri İlham Əliyevə məktub göndərdi

Herisçi Təbrizdən müraciət yaydı: Onu məcbur ediblər? - Video

İlham Əliyev Vuçiçlə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla