Yuxarı

Yenidən qurulan yolda işlər yekunlaşır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yenidən qurulan yolda işlər yekunlaşır - Foto

Qəbələ rayonunda uzunluğu 19 km olan yerli əhəmiyyətli Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Axar.az-a verilən məluamat görə, sözügedən yol IV texniki dərəcəlidir. Avtomobil yolu uzun illər istismar olunduğundan təmirlərarası istismar müddətini keçib, yolda çoxlu sayda çalalar, çökmələr və qabarmalar əmələ gəlib. Bu isə nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına səbəb olurdu.

IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.

Yol boyu mövcud suötürücü borular uzun illər istismar olunduğundan, metal borular karroziyaya uğrayaraq çürüyüb, dəmir-beton boruların başlıq hissələri sınıb, orta hissələri çöküb, istismar üçün yararsız vəziyyətə düşüb. Bu üzdən yol boyu müxtəlif diametrlərə malik 1169 paqon-metr uzunluğunda 95 ədəd yeni suötürücü borular quraşdırılıb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, hazırda yolun asfaltlanması işləri aparılır.

Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə 8 avtobus dayanacağının inşa edilməsi, hərəkətin normal təşkil üçün yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi nəzərdə tutulur.

Tarix
2019.06.29 / 11:00
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla