Yuxarı

İcra hakimiyyətlərində 16 illik ənənə niyə dəyişmir? - Təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin vətəndaşların qəbulunu ənənəvi formada həyata keçirməsi heç bir cəhətdən - istər effektivlik, istər xərclər və zaman, istərsə də operativlik və səmərəlilik baxımından özünü doğrultmur. 2003-cü ildə qəbul edilmiş qəbul forması 2019-cu ilə uyğun gəlmir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin keçirdiyi vətəndaş qəbulu formasından danışarkən deyib.

O.Gündüz bildirib ki, 2003-cü ildə qəbul edilən olduqca əhəmiyyətli olan bu sənəd internetin, texnologiyaların əlçatmaz olduğu bir zamanda vətəndaşlar üçün birinci şəxslərə çıxış imkanı yaradıb:

“Bu sənədin qəbulundan 16 il keçib. 16 il öncə adıçəkilən sənəd qəbul olunan ölkədə hər 100 nəfərdən cəmi 5-i internetdən istifadə edirdi. 2003-cü ildə 1 mb internetin qiyməti təxminən 30-40 min manat idi. Telefon xətti vasitəsilə DialUp internet xidməti almaq istəyənlər hələ az idi. Regionlarda internet inkişaf etməmişdi. İndi isə vəziyyət başqadır, inkişaf var.

Hər 100 nəfərdən 70-nin interneti var, hər yüz nəfərdən 100-nün mobil telefonu var. İnternet əlçatandır. İndiki zamanda vətəndaş qəbullarını 16 il bundan öncəki texnologiya və proseduralarla keçirmək düzgün deyil axı.

Düşünürəm ki, ənənəvi formada qəbullar hər cəhətdən - effektivlik, xərclər, zaman, operativlik və səmərəlilik baxımından özünü doğrultmur. Burada formallıq hədsizdir, effektivlik yoxdur, bəlli şikayətçilər müəyyən olunur, dörd divar arxasında qəbul keçirilir, vəssalam”.

O.Gündüz bildirib ki, qaydalar dəyişdirilməlidir:

“Variantlar çoxdur. Artıq bəzi rəhbər şəxslər bunu internet üzərindən, sosial media üzərindən edirlər və yaxşı da effekt verir”.

Ekspert bildirib ki, qəbul qaydalarının bu şəkildə dəyişdirilməsi daha şəffaf, daha qənaətcil və daha effektiv olardı:

“Mərkəzi orqanın rəhbərlərinin və köməkçilərinin, aparatın yarısının rayona ezamiyyət xərclərinə (nəqliyyat xərcləri, yemək və otel xərcləri) qənaət olunacaq. Bura həmçinin rayon rəhbərlərinin mərkəz rəhbərlərini qarşılama və yola salma, nahar xərcləri də daxildir.

Mərkəzi qurumun qəbula hazırlıqla bağlı qabaqcadan rayona göndərilən əməkdaşlarının xərcləri, şikayətçilərin axtarılması, müəyyən edilməsi, qonşu rayonlardakı şikayətçilərin rəhbər şəxsin olduğu rayona getməsi və qayıtması ilə bağlı xərclər, rayonda qəbul prosesinin aparıldığı məkanla bağlı xərclər də bura daxildir ki, qaydalar dəyişilsə, bunlara da qənaət edilmiş olacaq”.

Tarix
2019.07.08 / 17:05
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İcazə verildi: Rusiyaya zərbələr başlayır - Video

Britaniya və ABŞ Bakıda saziş imzaladı

BƏM-dən Bakı və İrəvanla bağlı qərar: 1 il vaxt verildi

Vəliyev Portuqaliyanın nümayəndə heyəti ilə görüşdü

Ankaranın bu ölkə ilə gərginliyi Bakıya təsir edir

Bayramov ATƏT PA-nın vitse-prezidenti ilə görüşdü

AŞ-ın ölkəmiz haqda Beşinci Rəyi təəssüf doğurur - XİN

Bu şəhər türk dünyasının mədəniyyət paytaxtı oldu

General polkovnikin yerinə onu rəis təyin etdi

Rusiyanı vursalar, dəqiq deyirəm, Avropanı məhv edəcəyik!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla