Yuxarı

Bakıda festival üçün xüsusi avtobuslar ayrılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

XV Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı Bakıda xüsusi avtobuslar ayrılacaq, bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumatda bildirilib.

Məlumatda qeyd edilir: "Bakıda keçirilən mötəbər idman oyunlarının və digər mərasimlərinin təşkilində əldə edilən uğurlu təcrübəyə söykənərək paytaxtımızın ev sahibliyi edəcəyi XV Avropa Gənclər Yay Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrası da Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçiriləcək.

Məqsəd nəzərdə tutulan nəqliyyat əməliyyatlarının daha rahat və təhlükəsiz təşkil etmək, tədbirlərin keçirildiyi məkanlara gedərkən şəxsi nəqliyyat vasitəsindən istifadəni minimuma endirməkdir. Planlaşdırılan nəqliyyat tədbirlərinin insanların gündəlik həyat ritminə mənfi təsirlərinin qarşısını almaq da qarşıya qoyulan əsas məqsədlərdəndir.

Məlumat üçün bildirək ki, 20-28 iyul tarixlərində Bakı şəhərində keçiriləcək “XV Avropa Gənclər Yay Olimpiya Festivalı” ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən bir sıra işlər görülüb və qarşıdakı günlərdə də müəyyən tədbirlərin icrası davam etdiriləcək".

Məlumata əsasən, festivalın açılış (21.07.2019) və bağlanış (27.07.2019) mərasimləri zamanı daşımalar iki ekspress marşrut xətləri ilə həyata keçiriləcək. Hər iki ekspress xətt üzrə daşınmaların həyata keçirilməsi üçün 40 ədəd İveco, İsuzu markalı avtobusun ayrılması planlaşdırılır:

"Açılış və bağlanış mərasimlərinə atletlərin, tədbir iştirakçılarının, media işçilərinin daşınması üçün isə 106 Neoplan , 35 ədəd Mercedes Sprinter avtobusların ayrılması planlaşdırılır. Açılış mərasimi zamanı Atletlər kəndi, Bulvar otel, Heydər Əliyev Arenası, Gəncəli Plaza və X1, X2 ekspress xətləri üzrə 11500 sərnişinin daşınması planlaşdırılır. Açılış və bağlanış mərasimlərinin keçiriləcəyi günlərdə ictimai nəqliyyat gecə 01:00-a qədər fəaliyyət göstərəcək:

X1 xətti üzrə avtobuslar (28 May m/st – Bakı Kristal Zalı)

X2 xətti üzrə avtobuslar (Elmlər Akademiyası m/st – Bakı Kristal Zalı)

Festivalın keçiriləcəyi məkanlardan 12 ədədi yarış məkanı, 7 ədədi isə qeyri-yarış məkanı olacaq. Festivalla bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçiriləcək nəqliyyat əməliyyatlarına 100 nəfərdən artıq Agentliyin əməkdaşı cəlb olunacaq. Yarış və qeyri-yarış məkanlarına 11.07.2019-cu il tarixindən etibarən sınaq yürüşləri təşkil olunur ki, bu da sürücülərin hərəkət sxemləri, yarış və qeyri-yarış məkanları ilə tanışlıq xarakteri daşıyır.

Festivalın keçiriləcəyi müddətdə yarış və qeyri-yarış məkanları yaxınlığından keçən ictimai nəqliyyat xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Qonaqların və atletlərin yarış və qeyri-yarış məkanlarına daşınmasına 136 ədəd Neoplan avtobus və 38 ədəd miniavtobus (Mercedes Sprinter) cəlb edilib. Avtobuslar müvafiq texniki müayinədən keçirilməsı təmin olunub.

Daşımalarda iştirak edəcək 435 nəfər sürücü heyəti isə təlimlərə cəlb edilib. Qonaqların və yarış iştirakçılarının rahat və təhlükəsiz şəkildə nəqliyyat xidmətlərindən istifadə etməsi üçün proses vahid məkandan həyata keçiriləcək. Bu məqsədlə yenidən qurulan “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi tezliklə EVENTOC-un istifadəsinə veriləcək. Qeyd olunan daşımalar Agentlik tərəfindən hazırlanan nəqliyyat planına uyğun icra olunacaq.

Artıq avtobuslar və sürücülər müvafiq olaraq yarış məkanları üzrə qruplaşdırılaraq hazır vəziyyətə gətirilib. Sürücülər marşrutların hərəkət istiqamətləri üzrə təlim məşqləri keçib.

Yarış və qeyri-yarış məkanlarına daşınma zamanı avtobusların rahat və təhlükəsiz şəkildə hərəkət etmələri üçün müəyyən olunan marşrutlara uyğun olaraq paytaxtın müəyyən küçə və prospektlərində sarı zolaqlar çəkilib.

Avtobusların depolanması üçün Bakı Nəqliyyat Agentliyinin avtobus deposu nəqliyyat əməliyyatları üçün hazır vəziyyətə gətirilərək EVENTOC-a təhvil verilib, həmçinin Tədbir Əməliyyat Komitəsinin (EVENTOC) işçiləri üçün DEPO ərazisində müvafiq şərait yaradılıb".

Tarix
2019.07.17 / 19:19
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə danışıqların bir nəticəsi ola bilərdi... - Paşinyan

“Qeyri-səlis məntiq və dil-nitq” kitabı müzakirə edildi

Tiktokerlər “sutkalıq həbs” alacaqlar? – Professor

Əliyev və Ərdoğanın bugünkü qərarı: Bakı hərəkətə keçir

Liderlər İlham Əliyevi təbrik edir

Xameneidən təhlükəli çağırış: İki şərt qoyuldu, təxribat ola bilər

İlham Əliyev bunun üçün 20 milyon manat ayırdı

Azər Zahidin əxlaqsızlıq şousunu kim maliyyələşdirir? - Video

Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - Fotofakt

Ərdoğanla Əliyev Suriya ilə bağlı razılaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla