Yuxarı

Elkaponinin Bakıda yüz minlik məğlubiyyəti

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nərimanov Rayon Məhkəməsində iş adamı Frenk Elkaponi Naxçevanskinin (Füzuli Məmmədov) Axar.az saytında “Erməni milyarder edir, Elkaponi isə “meydan oxuyur” və “Elkaponi xahiş etdi, ardınca inanılmaz addım atdı” başlığı altında yayımlanan məqalələrdə “şərəf və ləyaqətin təhqiri” iddiası ilə bağlı növbəti məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, prosesdə hakim qərarı elan etməli idi. Lakin həmin gün milyarderin vəkili iddiadan imtina etdiklərini açıqlayıb.

Məsələylə bağlı danışan saytın baş redaktoru Anar Niftəliyev bildirib ki, azərbaycanlı milyarder məhkəməni uduzacağı üçün iddianı geri çəkib:

“Məhkəmənin Frenk Elkaponinin əlehinə birmənalı olaraq qərar çıxaracağını dərk edən vəkil qərar elan olunacağı gün iddiadan imtina edib. Lakin biz təkidlə məhkəmənin qərar verməsini istərdik. Çünki məhkəmədən imtina bütün iddialar suya düşdükdən və mənasızlığını dərk etdikdən sonra geri çəkilmir. Məhkəmə iddiası keçirilən məhkəmə prosesində geri çəkilə bilərdi, qərar elan olunan gün iddianın geri çəkilməsi doğru deyil. Bütün proses yekunlaşandan sonra iddianı guya geri çəkdiyini bildirmək və belə bir imic qazanmağa cəhd etmək gülüncdür”.

A.Niftəliyev bildirib ki, müvafiq qərarın sürəti hələlik redaksiyaya təqdim olunmayıb:

“Redaksiyaya qərarın sürəti təqdim olunduqdan sonra bununla bağlı müfaviq addım atılacaq. Çünki biz onların “qarşı tərəf iddiasını geri götürdü” təsəvvürü yaratmaq cəhdi ilə barışmırıq. Məhkəmə keçirilib və məhkəmə prosesi tam başa çatıb, ekspertizanın nəticələri var. Biz iddianın rədd olunmasının tərəfdarıyıq”.

Qeyd edək ki, F.Elkaponi sözügedən məqalələrə görə təkzib və redaksiyadan 100 min manat tələb edirdi. Prosesin ilk günündən isə Axar.az-ın maraqlarını qoruyan Anar Niftəliyev bəyan etmişdi ki, sözügedən məqalələrdə milyarderin ünvanına heç bir təhqir işlədilməyib. Hətta bununla bağlı qarşı tərəfə müraciət edilərək, hansı ifadələri təhqir saydığını təqdim etməsi tələb olunmuşdu. Lakin qarşı tərəf təhqir hesab etdiyi sözləri məhkəməyə təqdim edə bilməmişdi. Buna baxmayaraq, Axar.az-ın baş redaktorunun vəsatəti ilə hər iki - “Erməni milyarder edir, Elkaponi isə “meydan oxuyur” və “Elkaponi xahiş etdi, ardınca inanılmaz addım atdı” adlı - məqalə məhkəmə ekspertizasına göndərilmişdi. Ekspertizanın cavabında isə məqalələrdə Frenk Elkaponinin ünvanına heç bir təhqirin və şərəf və ləyaqəti alçaldan ifadənin olmadığı xüsusi vurğulanmışdı.

Tarix
2019.07.18 / 16:17
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Berbok Bakıda, görün, nələrlə məşğuldur – İnanılmaz

Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam

Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!

Prezident onlara yüksək vəzifə verdi - Foto

COP29-da mühüm razılıq əldə olundu

Türkiyədə 70 kq qızılla saxlanılan azərbaycanlı kimdir?

Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı

Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan

Çavuşoğlu Azərbaycana gəlir - Tarix

70 kq qızılla saxlanılan azərbaycanlı diplomatdır?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla