Yuxarı

DİM-dən mühüm məlumat: İki dövlət orqanında 14 vakant yer

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİM-dən mühüm məlumat: İki dövlət orqanında 14 vakant yer

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 12-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

DİM-dən Axar.az-a verilən məlumata görə, elan üzrə 2 dövlət orqanında mövcud olan 14 vakant vəzifə üzrə 14 yer ümumi müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə 16 müsahibənin keçirilməsi planlaşdırılır.

Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimin köməkçisi (1 vakant yer üzrə 6 namizəd) vəzifəsidir.

Müsahibələrin iyulun 29-dan avqustun 2-dək keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytında əldə edə bilər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində namizəd öz adını seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmalıdır.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Tarix
2019.07.22 / 20:38
Müəllif
Axar.az
Digər xəbərlər

Məsud Özil Bakıdan paylaşım etdi - Foto

Bakı və Vaşinqton arasında mühüm müzakirə aparıldı

Bakıda 8 milyardlıq müqavilələr imzalandı

İlham Əliyev Latviyaya səfərə dəvət olundu

Azərbaycanla bu ölkə arasında diplomatik əlaqə quruldu

Putin İrəvana qarşı “əsas silah”ını işə saldı

Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı

Trampın Əliyevə hədiyyəsində möhtəşəm detal

FHN onlar üçün “açıq qapı günü” keçirdi - Foto

Sahibə Qafarova Serbiyaya getdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla