Yuxarı

Gəncədə zəncirvari yol qəzası

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə zəncirvari yol qəzası

Dekabrın 11-də saat 23:30 radələrində Gəncənin Şah İsmayıl Xətai prospektində zəncirvari yol qəzası baş verib.

"Axar.az" Kəpəz TV-yə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, "VAZ 2107" və "Priora" markalı avtomobillər Şəmkir istiqamətindən prospektlə şəhərə doğru hərəkətdə olarkən avtoxuliqanlıq edərək öz aralarında yarışmağa başlayıblar. Bu zaman sürətlə hərəkət edən "Priora" markalı avtomobil "VAZ 2107"-ni, sonra digər bir "VAZ 2107"-ni, daha sonra isə yol kənarında dayanan "VAZ 2106" markalı avtomobili vuraraq hadisə yerindən qaçıb.

Əraziyə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin müstəntiqləri cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Hazırda polis qəzanı törədərək aradan çıxan "Priora"nın sürücüsünü axtarır.

Tarix
2013.12.12 / 02:31
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla