Yuxarı

İcra başçısının oğluna yüksək vəzifə verildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:28

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı ASAN xidmət mərkəzinə yeni direktor təyin olunub.

Report-un əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xətai Sevindik oğlu Hətəmov 3 saylı ASAN xidmət mərkəzinin direktoru təyin edilib.

O, bu təyinata qədər həmin mərkəzin direktor müavini vəzifəsində çalışıb. Eyni zamanda 2018-ci ilin may ayından 3 saylı Bakı ASAN xidmət mərkəzinin direktoru vəzifəsini icra edib.

Qeyd edək ki, X.Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun oğludur. Azərbaycan Prezidenti İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə ASAN xidmət işçilərinin peşə bayramı günü münasibətilə və dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Xatırladaq ki, 2018-ci ilin may ayında 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin direktoru Seymur Aydın oğlu Mövlayev işdən çıxıb. O, Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrolizinq ASC-nin sədri təyin edilib. S.Mövlayev 2019-cu ilin yanvarın 16-da Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) sədr təyin olunub.

Tarix
2019.08.02 / 17:12
Müəllif
Axar.az
Digər xəbərlər

Vaşinqton görüşü: Hansı razılaşma olacaq? - Ekspert

Rusiyada azərbaycanlıya hökm oxundu

Bakı-İstanbul reysi təxirə salındı

Bakıda bu binalar söküləcək - Tapşırıq verildi

Saakaşvilidən Bakı açıqlaması: Yaxında tarixi hadisə olacaq

Kreml Bakı ilə dost olsaydı belə, yenə zərbə endirəcəkdi...

İran və Azərbaycan sərhəddə işlərə başlayır - NK

Azərbaycan-Belçika birbaşa hava əlaqələri yarada bilər

Bakıda Xəzərə görə toplantı keçiriləcək

Türkmənistanda Xəzərin dayazlaşması müzakirə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla