Yuxarı

AB-ABŞ razılaşması - Almanlar narazıdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB-ABŞ razılaşması - Almanlar narazıdır

Avropa Birliyi ilə ABŞ arasında əldə olunan gömrük razılaşması Almaniyada şirkətlərin əksəriyyəti üçün əlavə iqtisadi narahatlıqlara səbəb olub.

Axar.az xəbər verir ki, bu barədə Almaniya Sənaye və Ticarət Palatasının (DIHK) keçirdiyi onlayn sorğunun nəticələrində bildirilib.

Respondentlərin 58 faizi razılaşmanın əlavə yük gətirəcəyini bildirib. ABŞ ilə birbaşa ticarət əlaqəsi olan şirkətlər arasında isə bu rəqəm 74 faiz təşkil edib.

Sorğuda iştirak edən 3355 şirkətdən cəmi 5 faizi gömrük razılaşmasının müsbət iqtisadi təsir göstərəcəyini bildirib.

DIHK-ın baş direktoru Helena Melnikov razılaşmanın siyasi baxımdan zəruri olduğunu desə də, alman şirkətləri üçün bunun “acı bir həqiqət” olduğunu bildirib. O qeyd edib ki, yeni razılaşma vergi artımı, əlavə bürokratiya və rəqabət qabiliyyətinin azalması ilə nəticələnəcək.

H.Melnikov əlavə edib ki, razılaşmanın sabitliyi ilə bağlı da qeyri-müəyyənlik mövcuddur və Avropa Komissiyası növbəti danışıqlarda real iqtisadi irəliləyişlər üçün israr etməlidir. Razılaşmaya əsasən, ABŞ-a Avropa Birliyindən idxal edilən məhsullara 15 faiz gömrük rüsumu tətbiq olunacaq.

Tarix
2025.08.06 / 23:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlə bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

Tokayevdən gözlənilməz Rusiya təklifi - TDT imtina etdi

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla