Yuxarı

Mülkiyyətçi təqaüdçüdürsə, torpaq vergisi necə hesablanır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mülkiyyətçi təqaüdçüdürsə, torpaq vergisi necə hesablanır?

Həyət evinin mülkiyyətçisi təqaüdçü və əmək veteranıdırsa, torpaq vergisi necə hesablanır və bu qrup şəxslərə güzəşt ola bilərmi?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən Axar.az-a bildirilib ki, Bakı şəhərində yerləşən həyətyanı torpaq sahəsinin hər 100 kvadratmetrinə görə Vergi Məcəlləsinin 206.3-cü maddəsinə əsasən 10 min kvadratmetrədək olduqda 0,6 manat, 10 min kvadratmetrdən yuxarı olan hissə üçün 1,2 manat torpaq vergisi hesablanır.

Bundan əlavə, tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur.

Torpaq vergisinin hesablanması zamanı güzəşt Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin mülkiyyətində olan torpaqlara görə 10 manat məbləğində nəzərdə tutulub. Təqaüdçü və əmək veteranı olan şəxslər isə sözügedən maddədə qeyd edilmədiyi üçün onlara güzəşt şamil olunmur.

Tarix
2019.08.10 / 19:43
Müəllif
Axar.az
Digər xəbərlər

Razılaşma mətni: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Hakan Fidan Azərbaycana gəlir

Serbiya prezidentindən İlham Əliyevlə bağlı xoş sözlər

Çevik iş saatı tətbiq edilir – Tıxac aradan qalxacaq?

Niyə “Ermənistan tarixi” tədris olunmurdu?

Prezident Məhəmməd Əbdülsalamı qəbul etdi

TDT ölkələri bu bayramların vaxtını birgə müəyyən edəcək

Bakıda dini liderlərin mühüm iclası başladı

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla