Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
12 Dekabr 2019


Qarabağ icmasından Minsk Qrupuna – Müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsi və səfər zamanı səsləndirdiyi təxribatçı bəyanata etiraz olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərinə məktub ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

“5 avqust 2019-cu il də Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib, panerməni oyunlarının açılışına qatılıb. Açılış “mərasim”ində Nikol Paşinyan təxribatçı bəyanatlar səsləndirərək Qarabağı Ermənistanın tərkib hissəsi adlandırıb. Ermənistan baş naziri bununla da Azərbaycan ərazilərinin ilhaqı siyasətini yürütdüyünü təsdiq edir. Paşinyanın bu sayıqlamaları əslində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların ruhuna zidd olmaqla yanaşı, öz ata-baba yurdlarından didərgin düşmüş yüzminlərlə azərbaycanlının hiddətinə səbəb olub.

XXI əsrdə ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc yolu ilə dəyişdirilməsi qəbuledilməzdir. N.Paşinyanın münaqişənin sülh yolu ilə həll edilməsinə dair fikirləri isə gözdən pərdə asmaqdan başqa bir şey deyil. Bu, Ermənistanın hərbi işğalını gizlətmək üçün uydurulmuş bəhanədir. Ermənistanın əsas məqsədi beynəlxalq ictimayyəti və ATƏT-in Minsk Qrupunu aldatmaqdan ibarətdir. Paşinyan “Qarabağ Ermənistanın tərkib hissəsidir” deməklə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə gedən danışıqları zərbə altında qoyur və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara bərpaedilməz zərər vurur. Ermənistan baş nazirinin fikirlərini bu ölkənin xarici işlər naziri də təsdiqləyib.

Biz, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri, ATƏT-in Minsk Qrupunu Ermənistanın Baş naziri Nikol Paşinyanın bu ilhaqçı siyasətini pisləməyə çağırırıq”.

Qeyd edək ki, bu məktub ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə yanaşı, Minsk Qrupunun digər üzv dövlətlərinə və qurumun Parlament Assambleyasına, BMT-nin baş katibinə, Avropa Şurası, Avropa İttifaqının müvafiq qurumlarına və digər beynəlxalq təşkilatların ünvanlarına göndərilib.

Məktubu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev, icmanın idarə heyətinin üzvləri Flora Qasımova, Asif Cahangirov, Dürdanə Ağayeva, Xatirə Vəliyeva, Samirə Hüseynova, Nigar Mövsümlü və.s imzalayıblar.

Tarix
2019.08.15 / 12:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yeni ildə məktəblərdə neçə gün tətil olacaq? – Açıqlama

“Neftçilər”də insident: Özünü qatar yoluna atdı

OBA-nın 4 keçmiş əməkdaşı həbs edildi

Aynur Camalqızı və Tural Abbaslının siyasi debatı - Video

“Nar”ın müsabiqəsinə qoşul, Yeni ili Moskvada qarşıla!

Heydər Əliyev silahsız halda gəldi və... - Siyavuş Novruzov

Xələf Xələfov sərhəddəki insidentdən danışdı

Sabah Bakıya yağış yağacaq

Bu rayonlar üzrə pensiya təyinatı ilə bağlı qaydalar dəyişir

Nazirlər Kabinetində islahatlar davam edir

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla