Yuxarı

Əcnəbilərlə evlənən qızları gözləyən təhlükə - Diqqət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar əcnəbilərlə ailə quran vətəndaşlarımızla bağlı problemlər tez-tez gündəmə gəlir. Əcnəbilərlə rəsmi nikah olmadan ailə quran azərbaycanlı xanımlar aliment, yaşayış icazəsi, eləcə də övlada atanın soyadının verilməsi kimi problemlərlə qarşılaşırlar. Bəs görəsən, bu problemlərin həll edilməsi üçün hansı addımlar atılmalıdır?

Məsələ ilə bağlı Axar.az-a danışan siyasətçi Aqil Səmədəbəyli Türkiyədə bu istiqamətdə problem yaşayan soydaşlarımıza dəstək olduğunu bildirib.

“Vətəndaşının hüquqlarını müdafiə etmək dövlətin borcudur. Ancaq bu, hər zaman mümkün olmur. Ona görə də vətəndaşlarımız özü təşkilatlanmalı və bir-birinə dəstək verməlidir. Təəssüf ki, Türkiyədə o qədər çox problemli insanımız var ki, hamısına kömək etməyə gücüm çatmaz. Bunu nəzərə alaraq, bu işi sistemli görmək üçün təşkilatlanırıq”,- Səmədbəyli deyib.

A.Səmədbəylinin sözlərinə görə, digər xarici ölkələrdə olan ziyalılarımız da təşkilatlanaraq, soydaşlarımızın bu cür problemlərinin həllinə yardımçı ola bilərlər.

Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elgün Səfərov saytımıza bildirib ki, 2018-ci ildə əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə Azərbaycan vətəndaşları arasında 2256 nikah bağlanıb, həmin nikahlardan 149-u boşanma ilə nəticələnib:

“Adətən belə cütlüklərin boşanmasının əsas səbəbi tərəflərin bir-birini yaxşı tanımaması, mədəniyyətlərin uyğunsuzluğu, ailə dəyərlərinin fərqliliyi, eləcə də zorakılıq hallarıdır”.

E.Səfərov xaricilərlə ailə həyatı quran Azərbaycan vətəndaşlarının sıx rastlaşdığı problemlərə də toxunub:

“Burada ən böyük problem rəsmi nikahın olmamasıdır. Bu da öz növbəsində boşanma zamanı uşaqların hansı valideynin himayəsinə verilməsi, qeydiyyat məsələsi, əmlak, aliment hüququ, eləcə də qadınların öz hüquqlarının qorunması kimi problemlər yaradır.

Çox təəssüf ki, belə işlərə hansı məhkəmələr tərəfindən baxılması məsələsi də problem yaradır. Burada hüquqi məsələlər çoxdur. Nikah hansı ölkədə bağlanıbsa, şikayətlərə də adətən o ölkədə baxılır. Buna baxmayaraq, qərar Azərbaycanda da verilə bilər. Ancaq istər-istəməz proses uzanır.

Belə problemlərin həlli istiqamətində Ədliyyə Nazirliyi və aidiyyəti qurumlarla birgə iş aparırıq. Amma məsələnin araşdırılması üçün ilk növbədə Komitəyə şikayət daxil olmalıdır. Belə məsələlərlə bağlı KİV-də, eləcə də sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı fakt təsdiqini tapsa, biz araşdırma işlərinə başlayırıq.

Sənədləşdirmə ilə bağlı problem yarananda həmin şəxsin arxiv sənədlərinə baxılır. Azərbaycanda doğulubsa, doğum haqqında şəhadətnamənin surəti arxiv idarələrindən tapılır və həmin sənədə əsasən vətəndaşa şəxsiyyət vəsiqəsi verilir”.

Tarix
2019.08.17 / 08:45
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla