Yuxarı

Gömrükçülər qanunsuz telefonlar aşkarladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükçülər qanunsuz telefonlar aşkarladı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz Sprinter” markalı, 99 ES 982 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində ölkə ərazisinə gömrük qaydalarının pozulması yolu ilə gətirilən mobil telefonların olması barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən xəbərə görə, məlumat əsasında həmin avtomobil Tovuz rayonundakı Avtovağzal ərazisində saxlanılıb və nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerindəki qutuda mobil telefonların olduğu müəyyən edilib. Qutuya ətraflı baxış keçirilməsi üçün avtomobil “Tovuz” gömrük postunun inzibati binasının həyətinə gətirilib.

Yoxlama zamanı qutuda 25 ədəd “Samsung Galaxy A20”, 25 ədəd “Redmi Note 7”, 10 ədəd “Redmi 7”, 9 ədəd “Redmi 7A”, 3 ədəd “Redmi Note 6 Pro”, 6 ədəd “Mi 8 Lite”, 4 ədəd “Mi A2 Lite”, 8 ədəd “Mi Play” markalı, üzərində heç bir aksesuarı olmayan telefonlar, 35 ədəd mobil telefon qutusu, 15 ədəd USB, 15 ədəd qidalandırıcı başlıq və 10 ədəd qulaqcıq aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2019.08.17 / 15:33
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın Azərbaycanla bağlı planı alınmadı - Ekspert

İqbal Ağazadədən DTX-ya şikayət edildi: Kürd qalmaqalı...

Davudoğludan gözlənilməz: Həm özü, həm də partiyası...

Speys TV ilə bağlı yayılan məlumatlara reaksiya

Hikmət Hacıyevin bir sualı ilə ifşa oldu - Video

Boş qalan “Sədərək” bazarı: vəziyyətdən bir çıxış yolu var

Prezidentdən Naxçıvanla bağlı qərar

Prezident bu səfirləri geri çağırdı - Yeni təyinatlar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Azərbaycandan Almaniyaya qaçdılar - Berlin himayə edir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla