Yuxarı

Millət vəkili sərhədçilərlə görüşdü – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili sərhədçilərlə görüşdü – Foto

Qusarda ölkəmizin şimal sərhədlərini yüksək səviyyədə qoruyan sərhədçilərimizlə maraqlı görüşümüz oldu. Dövlət Sərhəd Mühafizəsinin 100-cü ildönümünün qeyd edildiyi bugünlərdə belə bir görüş imkanı və səmərəli müzakirələr üçün çox məmnunam. Fürsətdən istifadə edib, gecə-gündüz sərhədlərimizin keşiyini çəkən əsgərlərimizi, general-polkovnik Elçin Quliyev başda olmaqla, Dövlət Sərhəd Xidmətinin generallarını, bütün hərbi qulluqçularını və bu işə könül vermiş hər kəsi əlamətdar yubiley münasibəti ilə ürəkdən təbrik dirəm!

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə bildirib. Paşayeva Dövlət Sərhəd Xidmətinin şimal sərhədlərimizi qoruyan bir qrup zabit və əsgəri ilə görüşdə onların yüksək ovqatının, vətənpərvərliyinin və peşəkarlığının şahidi olduğunu vurğulayıb:

“Son illər cənab Ali Baş Komandanın rəhbərliyi ilə digər qoşun növlərində olduğu kimi, Sərhəd Xidmətində də ciddi yeniliklərin baş verdiyi, bu yeniliklərin həm şəxsi heyətin döyüş hazırlığı, həm də modern hərbi texnika ilə təminatı sahəsində özünü aydın göstərdiyini deməliyik. Qusarda və ümumiyyətlə, şimal bölgələrimizdə sərhəd mühafizəçilərimizin bütün bu qeyd olunanlarla yanaşı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatına da biganə qalmadıqları məni bir millət vəkili, bir vətəndaş kimi şad etdi. Sərhədçilərimizin verdiyi suallar da, bizim suallarımıza verilən cavablar da, onlara imzalı kitab hədiyyə etmək də mənə yaddaqalan, unudulmaz anlar bəxş etdi. Bir daha görüş təşəbbüsü, bu təşəbbüsün gerçəkləşməsi, faydalı fikir mübadiləsi üçün sərhədçilərimizə könül dolusu təşəkkürlərimi yetirirəm! Bayramınız mübarək, əziz sərhədçilər! Gün olsun Laçında, Kəlbəcərdə, işğaldan azad edəcəyimiz digər rayonlarımızda görüşmək nəsibimiz olsun! Əlbəttə, o gün gələcək və biz hər birimiz öz üzərimizə düşən vəzifələri, öhdəlikləri yerinə yetirməklə, vicdani məsuliyyətimizin fərqinə varmaqla, o günü daha da yaxınlaşdımış oluruq”.

Tarix
2019.08.20 / 00:37
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanla sərhəd xəttimiz haradan başlayır? - Bayramov

Ermənistanda yeni konstitusiya qəbul olunmalıdır...

Mirzoyanla yaxın zamanda görüş ola bilər - Bayramov

Paşinyan hansı məntiqlə Rusiyaya icazə verdi?

İlham Əliyev İmaməli Rəhmanı təbrik etdi

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla