Yuxarı

BSU-nun tanınmış müəllimindən nazirə - Müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BSU-nun tanınmış müəllimindən nazirə - Müraciət

Bakı Slavyan Universitetinin (BSU) müəllimi, dosent Mübariz Əhmədov Təhsil naziri Ceyhun Bayramova müraciət edib.

Axar.az xəbər veriri ki, iki övladı ödənişli əsaslarla təhsil alan Mübariz Əhmədov universitet müəllimlərinə bu məsələdə güzəşt olunmasını istəyib:

“Yaxın vaxtlarda Təhsil nazirimiz Ceyhun Bayramov universitet rəhbərlərinə tələbələrdən təhsil haqqını hissə-hissə ödəmələrinə şərait yaratmaları barədə tapşırıq verdi. Bu, çox təqdirəlayiq bir addım oldu. Bu səbəblə cənab Bayramova təşəkkür edirəm!

Çox istərdim ki, hər hansı bir universitet müəllimi, dosenti və professorunun iki və daha artıq övladı eyni vaxtda ödənişli əsaslarla ali məktəbdə təhsil alırsa, onların təhsil haqqı ən azı 50%-ə endirilsin. Bu tələbələr eyni universitetdə təhsil alarlarsa, o zaman onlardan birinin təhsil haqqı aradan qaldırılsın.

Müəllim olaraq təhsildən qazandığım, yəni aldığım maaşı elə təhsilə qaytarmaqla bu iki tələbənin ali məktəbi bitirmələrinə nail olmağa cəhd edəcəm. Yolumuz yaxşı yol olduğundan inanıram ki, yarı yolda qalmarıq!

Sonda onu deyim ki, çoxlarının bildiyi kimi müəllimlik şərəfli peşədir. Mənim üçün isə bu şərəf hazırda ikiqatdır. Çünki həm evdə iki tələbənin qarşısında, həm də universitetdə çoxsaylı tələbələrin arasında müəllim şərəfini qorumaq əsl fədakarlıq, həmçinin qəhrəmanlıqdır".

Qeyd edək ki, Mübariz Əhmədovun qızı Gülanə Əhmədova İqtisadiyyat Universitetinin İqtisadiyyat fakültəsində türk dilində təhsil alır. 3-cü kurs tələbəsidir, təhsil haqqı 2300 manatdır. Oğlu Ülvi Əhmədov isə bu il Bakı Biznes Universitetinin Marketinq ixtisasına qəbul olub. Təhsil haqqı 2000 manatdır.

Tarix
2019.08.21 / 13:16
Müəllif
Turanə Məmmədli
Digər xəbərlər

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla