Yuxarı

Xəyalənin şikayətinə nazirlik cavab verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəyalənin şikayətinə nazirlik cavab verdi

Bakının Nərimanov rayon sakini Orucova Xəyalə Fəxrəddin qızının sosial media səhifələrindən birində yayılmış videomüsahibəsində onun ailəsinə sosial yardım təyin edilməməsinə görə şikayəti və yardımın təyin olunmasına görə rüşvət istənilməsi barədə qeyd etdikləri əsaslı deyil.

Axar.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı qeyd edib. O bildirib ki, həmin videomüsahibə ilə əlaqədar müvafiq araşdırma aparılarkən müəyyən edilib ki, X.Orucova ailəsinə sosial yardım alınması üçün sonuncu dəfə 2018-ci ildə elektron qaydada müraciət edib.

"Müraciətə baxılaraq, ailəsinin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olması və X.Orucovanın adında olan telefon nömrəsinin müraciət zamanı bəyan edilməməsi səbəblərindən sosial yardım təyinatından imtina qərarı verilib. (Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"na əsasən). İmtina edilməsinin səbəbləri X.Orucovanın diqqətinə çatdırılıb.

X.Orucova videomüsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşı kimi qeyd etdiyi Mirzə Nəbiyev adlı şəxsin ondan sosial yardım və ya pensiya təyin edilməsi müqabilində rüşvət istədiyini qeyd edir. Bununla əlaqədar diqqətə çatdırırıq ki, nə nazirlikdə, nə də DSMF sistemində Mirzə Nəbiyev adlı şəxs ümumiyyətlə işləmir.

Sağlamlıq imkanları məhdud uşağına görə aylıq təqaüdü (50 manat) ala bilməməsi ilə bağlı dediklərinə gəldikdə isə, bildiririk ki, X.Orucova həmin təqaüdü almaq üçün elə bu ay, yəni avqustun 9-da müraciət edib və müraciət etdikdən qısa müddət sonra da həmin aylıq təqaüd təsis edildiyi aprel ayından etibarən 5 ay (aprel, may, iyun, iyul və avqust) üzrə toplam olaraq 250 manat məbləğində onun kart hesabına köçürülüb.

Ona görə də videomüsahibədə X.Orucovanın ailəsinə sosial yardım təyin edilməsi üçün ondan rüşvət istənilməsi və sağlamlıq imkanları məhdud uşağa qulluğa görə aylıq təqaüdü ala bilməməsi ilə bağlı səsləndirdiyi iddialar əsassızdır".

Tarix
2019.08.23 / 14:35
Müəllif
Axar.az
Digər xəbərlər

Nikoldan Qarabağ açıqlaması: Bu, mənim səhvimdir ki...

Müharibənin ilk saatında HHM-nin yarısını necə itirdik?

Ərdoğan Azərbaycana yola düşdü

Dünyada ət niyə bahalaşır? - Araşdırma

Zəfər Günü ilə bağlı şüarlar “Tayms” meydanında - Video

Azərbaycan xalqının birlik ruhunu fəxrlə yad edirik - TDT

Ölkədə dörd günlük tətil başladı

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı

Azərbaycanda Zəfər Günü qeyd olunur

Rusiya Bakıya təklif edib ki, 10-na keçən gecə… – İlk dəfə açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla