Yuxarı

Hacı Mazan təcili Almaniyaya aparıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunda ağır qəzaya düşən iş adamı Hacı Mazan (Ramazan Zeynalov) Almaniyaya aparılıb.

Bu barədə Bakıpost.az-a xəstənin yaxınları məlumat verib. Onların sözlərinə görə, Bakıda iki dəfə əməliyyat olunduqdan sonra müalicəsinin Almaniyada davam etdirilməsi qərarına gəlinib: “Hazırda səhhəti nisbətən normallaşıb, amma uzunmüddətli bir müalicə alacaq. Buna görə də bir müddət orada qalması nəzərdə tutulub”.

Xatırladaq ki, iyulun 2-si səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində Hacı Mazan kimi tanınan, əslən Masallı rayonundan olan iş adamı xidməti "Range Rover”ində qəzaya uğrayıb.

Nəticədə o özü və sürücüsü - 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Sonra isə Hacı Mazan yaxınlarının istəyilə Bakı şəhərindəki Tədris Cərrahiyə Klinikasına gətirilib, elə həmin gün də üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Bundan sonra isə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülən R.Zeynalov yenidən əməliyyat edilib.

Tarix
2019.09.03 / 13:08
Müəllif
Axar.az
Digər xəbərlər

İcra başçısını ittiham edən qohumu barədə qərar

Bu, Bakının mövqeyini gücləndirir - Yücə

Azərbaycan və Ukrayna XİN başçıları danışdı

Prezidentin rütbə verdiyi hərbçilər, görün, kimdir

Tramp Putinlə görüşdən sonra bunu elan etdi - Foto

Tramp və Putin razılaşdı: Zelenski qəbul edəcək?

Putin Alyaskada onların məzarını ziyarət etdi - Foto

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Alyaskadan Bakıya müsbət mesaj: Kreml cəsarət etməyəcək!

Alyaskada Putinə göz dağı: görüşün nəticələri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla