Yuxarı

Paşayeva tələbələrə səsləndi: Özünüzü buna hazırlayın! - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva tələbələrə səsləndi: Özünüzü buna hazırlayın! - Foto

Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunun Əlibəyli, Ağdam, Vahidli, Düz Qırıqlı, Dönük Qırıqlı, Bozalqanlı, Qaraxanlı, Hunanlar, Əlimərdanlı, Xatınlı, Qədirli, Düz Cırdaxan, Cəlilli, Əyyublu kənd məktəblərindən bu il ali məktəblərə qəbul olmuş gənclərlə görüşərək, onları təbrik edib.

Axar.az xəbər verir ki, millət vəkili görüş zamanı təhsilə olan marağın artmasından danışıb:

“İnanırıq ki, bu kimi uğurların sayı daha da artacaq. Sevinirəm ki, Tovuz rayonu kəndlərindən ali məktəblərə daxil olan qızların sayı oğlanlardan nəinki az deyil, əksinə, daha çoxdur.

Özünüzü ölkəmizin, xalqımızın qarşısında duran problemlərin həllində iştiraka hazırlamalı, bunun üçün ilk növbədə biliklərə yiyələnməli, yaxşı mütəxəssis kimi yetişməli və öz vətənpərvərliyinizlə seçilməlisiniz. Buna potensialınız var”.

Q.Paşayeva bu il Tovuz rayonun Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbindən, Fariz Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbindən, Çatax və Bayramlı kənd məktəblərinin hər birində bir sinfin bütün şagirdlərinin bu il ali məktəblərə daxil olmasının sevindirici hal olduğunu bildirib.

Millət vəkili torpaqlarımızın Ermənistanın işğalı altında olduğunu xatırladaraq, hər bir vətəndaşımızın, özəlliklə, gələcəyin mütəxəssislərinin, ziyalıların daha məsuliyyətli və hazırlıqlı olmasının vacibliyinə diqqət çəkib. O deyib ki, Azərbaycan əleyhinə virtual məkanda təbliğat aparan Ermənistan, erməni diasporu və lobbisinə qarşı, onların yalanlarına qarşı gənclərimiz daha fəal mübarizə aparmalıdırlar.

Görüşdə iştirak edən Fitoterapevtlər Cəmiyyətinin sədri Məlahət Qəhrəmanova və ölkəmizdə qonaq olan Türkiyənin tanınmış yazıçısı və jurnalisti Mərym Aybikə Sinan çıxış edərək, tələbə adını qazanan gəncləri təbrik ediblər.

Daha sonra Q.Paşayeva və M.Qəhrəmanova tələbə adını qazanan gənclərə dəyərli hədiyyələr və kitablar bağışlayıb.

Görüşün sonunda gənclərlə geniş fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Tarix
2019.09.05 / 11:51
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Prezident açıqladı: Yeni nazir müavinləri təyin ediləcək

ABŞ-la strateji tərəfdaşlıq Azərbaycana nə vəd edir?

Mustafayev bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Venslə bağlı erməni yalanı: Azərbaycanda inanıblar...

Azərbaycana səfərim möhtəşəm idi - Vens

Azərbaycanda yeni televiziyaya lisenziya verildi

Avropa Şurası Yaqlandın toxunulmazlığını ləğv etdi

FHN və ADA arasında memorandum imzalandı - Video

Azərbaycan Kanadaya başsağlığı verdi

Azərbaycan-Serbiya hərbi əməkdaşlıq planı imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla