Yuxarı

Eskalator işləməyən piyada keçidləri - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərində əhali təhlükəsizliyi baxımından son illər yeraltı və yerüstü piyada keçidləri inşa edilir. Bu keçidlərin əksəriyyətində pilləkən deyil, eskalatorlar quraşdırılır. Əslində, eskalatorlu keçidlər daha rahatdır, lakin son illər piyada keçidlərində quraşdırılan bəzi eskalatorların işləməməsi, üstəlik onunla yanaşı pilləkənlərin də olmaması gediş-gəlişi daha da çətinləşdirir.

Belə keçidlərdən biri də şəhərin mərkəzi hissələrindən olan Rəşid Behbudov küçəsi ilə Bülbül prospekti arasında yerləşir. Milli Bankla Heydər Əliyev Sarayı arasındakı bir neçə ildir istifadəyə verilən piyada keçidində quraşdırılan eskalator uzun müddətdir ki, işləmir. Ən pisi isə odur ki, sözügedən piyada keçidinə düşüb çıxmaq üçün pilləkən yoxdur. Sakinlər məcbur qalıb çalışmayan eskalatorlarla hərəkət etməli olur. Nəzərə almaq lazımdır ki, pilləkənlərin pillələri arasındakı məsafə ilə eskalatorun pillələri arasındakı məsafə fərqlidir. Bu da təbii olaraq işləməyən eskalatorda hərəkəti çətinləşdirir.

Mövcud problemlə bağlı Axar.az-a Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən piyada keçidindəki eskalatorların işləməməsindən məlumatlıdırlar.

“Həmin keçid Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır. Bu səbəbdən eskalatorlarda baş verən istənilən problemi də onlar aradan qaldırmalıdır. Bu bizim səlahiyyətimizdə deyil”.

Mövzunu şərh edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, ümumiyyətlə, açıq havada olan, üstü açıq piyada keçidlərinin girişinə eskalator quraşdırmaq düzgün deyil:

“Eskalatorun təmiri mümkündürsə, bu həyata keçirilir və qısa müddət ərzində işlək vəziyyətə salınır. Lakin təmiri mümkün deyilsə, sifariş verilir və eskalatorun ehtiyat hissəsi gətirilir. Açıq hava şəraitində o cür eskalatorların quraşdırılması düzgün deyil. Bunlar uzunmüddət açıq hava şəratində fəaliyyət göstərmək üçün nəzərdə tutulmayıb. Yağışlı-qarlı hava şəraitində eskalatorun hər hansı bir hissəsi tez bir zamanda sıradan çıxa bilər".

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə hesab edir ki, piyada keçidlərində eskalatorlara ehtiyac yoxdur:

“Bunun əvəzində əlil pandusları quraşdırılmalıdır. Pilləkənlə təxminən 3 metr düşmək, 3 metr də qalxmaq lazımdır. Bundan ötrü o qədər vəsait sərf edib eskalator qoymaq lazım deyildi. Eskalatordansa, əlillər üçün pandus olsa daha yaxşıdır. Metroda 20 metr aşağı enirsən, orada eskalatora ehtiyac var. Piyada keçidlərində isə geniş pilləkən qoyulmalıdır”.

Ə.Hüseynov bildirib ki, pilləkəndə hərəkət etmək daha asandır, nəinki işləməyən eskalatorda.

“Adi pilləkənin hündürlüyü 15 sm-dir təxminən. Eskalatorda isə çox hündürdür. Bu səbəbdən qalxıb-düşmək çətinlik yaradır. Hesab edirəm ki, piyada keçidlərinə eskalator əvəzinə pilləkənlər qoyulmalıdır”.

Tarix
2019.09.13 / 14:42
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla