Yuxarı

Oğrular daha çox hansı mənzili seçir? - Polis açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğrular daha çox hansı mənzili seçir? - Polis açıqladı

Oğru daxil olmaq istədiyi obyekti seçərkən əvvəlcə yolunu kəsən maneələri nəzərdən keçirir. Dəfələrlə olub ki, oğurluq əməlləri ilə yaxalanan şübhəli şəxslər ilkin ifadələrində bildiriblər ki, onlar üçün ən cəlbedici oğurluq ünvanı mühafizə olunmayan, gözdən iraq yerlərdə yerləşən mənzillər, gəliş-gedişi az olan obyektlərdir.

Bu barədə mətbuata açıqlama verən Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Axar.az-a bildirib ki, ünvan seçilərkən oğru əsas diqqəti ona yönəldir ki, yaxınlıqda polis olmasın, yaxud polisin ünvana gəlişini təmin edən təhlükəsizlik sistemi – həyəcan çağırışı olmasın:

“Əgər əvvəllər evdə heç kimin olmadığını müəyyən etmək üçün işıq, qaz sayğacları nəzərdən keçirilirdisə, bu gün artıq onlar üçün ən böyük "təhlükə", polisin təşkil etdiyi mühafizə sistemidir”.

E.Hacıyev diqqətə çatdırıb ki, bir vaxtlar mühafizə olunan yerlərdə quraşdırılan təhlükəsizlik sistemindən məlumat telefon kabelləri ilə polisə çatırdısa, artıq ünvana kənar müdaxilənin olması ilə bağlı informasiya elektromaqnit dalğaları ilə ötürülür:

“Hətta sistem o qədər təkmil təchiz olunub ki, mühafizə olunan yerə daxil olub, sistemi dayandıracağından arxayınlaşan adam artıq polisin gəlməyəcəyini zənn edir. Ancaq mühafizəyə cəlb olunan yerin kənar müdaxiləyə qarşı bir neçə istiqamətdən həssaslığı polisin həmin ünvana 2-5 dəqiqə içərisində çatmasını şərtləndirir.”

Tarix
2019.09.15 / 20:43
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimizə qarşı təxribatın arxasındakı qüvvə... – Ekspert

Paşinyan və Putin nələri müzakirə edəcək? - Uşakov

Növbəti raund: Belarusla siyasi məsləhətləşmələr keçirildi

Azərbaycanlıların olduğu gəmi batma təhlükəsi ilə üzləşdi

Baş nazirdən İrandakı səfirliyimizlə bağlı qərar

İrəvan Qarabağda xidmət edən generallara cinayət işi açır

Sərkisyandan soruşurdum ki, nə baş verib... - Zülfüqarov

Zülfüqarovun cavabı məni heyrətləndirdi – Sərkisyan

Ballıqayadakı cinayətlərə hüquqi qiymət verilməlidir

Kreml "Bunları toplayıb Bakıya göndəririk" deyir, əvəzində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla