Yuxarı

Aşurada zəncirvurma halları olub? – Sədr açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aşurada zəncirvurma halları olub? – Sədr açıqladı

Azərbaycanda Aşura günü keçirilən mərasimlər çox sakit şəraitdə keçib və hər hansı bir qanun pozuntusuna yol verilməyib.

Report xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, həm mömin insanlar, həm də məscidlərdə çalışanlar öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər: “Hər bir vətəndaşımız Aşura günündə sərbəst şəkildə dini mərasimlərdə iştirak etmək imkanı əldə etdilər”.

Dövlət Komitəsinin sədri eyni zamanda bəzi yerlərdə hələ də zəncirvurma hallarının olmasına da münasibət bildirib.

O qeyd edib ki, zəncirvurma hadisələri adətən Aşura mərasimi keçirilən ölkələrdə özünü biruzə verir: "Bu, dinimiz tərəfindən də qəbul olunmayan haldır. Ancaq təəssüf ki, bəzi ölkələrdə biz bunu hələ də görürük. Azərbaycanda 15 il və ya ondan əvvələ nəzər salsaq, o zamanlar belə halların çox olduğunu görərik. Aparılan təbliğat nəticəsində hazırda Azərbaycanda zəncirvurmaya çox nadir hallarda təsadüf edilir. O halların da qarşısı imamların müdaxiləsi ilə dərhal alınıb. Hesab edirik ki, bu hallar da keçmişdən qalan qalıq kimidir və gələcəkdə bu cür hallar tam aradan qalxacaq”.

Tarix
2019.09.17 / 17:09
Müəllif
Axar.az
Digər xəbərlər

İşçilər üçün şad xəbər: Maaş daha tez veriləcək...

Polis gücləndirilmiş iş rejiminə keçdi - Video

Konqresə Azərbaycanla bağlı qanun layihəsi təqdim olundu

Sabah 8 min abonentin qazı kəsiləcək

Hikmət Hacıyev Mixail Qaluzinlə görüşdü

Bu qəzalarla bağlı sığorta ödənişini DSMF yerinə yetirəcək

İlham Əliyev Donald Trampa məktub ünvanladı

Azərbaycanda bu müəssisələrin sayı 300-ə çatdırılır

Ceyhun Bayramov Macarıstana səfər etdi

Azərbaycan Din Xadimlərinin forumu keçiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla