Yuxarı

Bakı yollarında sıxlığa səbəb olan qurumlar - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay mövsümünün başa çatması və yeni dərs ilinin başlaması ilə Bakının ənənəvi tıxac problemi yenidən aktuallaşıb. Lakin bir çoxları hesab edir ki, bu tıxaclara səbəb şəhərin əsas giriş hissələrində zamansız aparılan təmir, qazıntı və yenidənqurma işləridir.

Məsələn, dərs ilinin başlamasına bir neçə gün qalmış ən sıx və daim tıxac olan Xırdalan yolunda yeni kanalizasiya xəttinin çəkilişi üçün qazıntı işləri aparıldı. Bundan başqa, sentyabrın əvvəlində Sabunçu qəsəbəsində Azərbaycan Dəmir Yolları tərəfindən dəmir yolu xəttinin altından keçməklə yeni tunelin inşasına başlanıldı. Bu da sözügedən ərazidən şəhər istiqamətinə sıxlığı xeyli artırıb.

Maraqlıdır, qazıntı, təmir və yenidənqurma işləri aparan qurumlar belə işlərə niyə məhz yeni dərs ili ərəfəsində start verib?

Mövzu ilə bağlı Axar.az-a danışan yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, artıq Bakıda illərdir bu cür təmir işlərinin iş və dərs ilinin başladığı və şəhərin sıxlıq olduğu ərəfədə aparılması ənənəsi formalaşıb. Ekspertin sözlərinə görə, əslində bu cür işlər şəhərin boşaldığı, yay tətili ərəfəsində aparılmalıdır:

“İstər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, istər Azərbaycan Dəmir Yolları, istərsə də “Azərsu” olsun, heç biri təmir-bərpa işləri üçün vaxt seçəndə şəhərin durumunu nəzərə almır. Sanki qəsdən bütün işlər dərs ilinin başlaması ərəfəsinə saxlanılır.

Bu gün şəhərdə süni tıxacı həm də bu plansız halda görülən işlər yaradır. Məsələn, Azərbaycan Dəmir Yolları hazırda tikintisinə başladığı tunelin əsas işlərini yay ərzində də görə bilərdi ki, dərs ilinə qədər yolda bir qədər işlər səngisin, yol boşalsın. Avqust ayının sonunda yol qazıntısına başlamaq, tunel tikintisi həyata keçirmək nə deməkdir? Xüsusilə nəzərə almaq lazımdır ki, sözügedən yol intensiv yoldur, daim sıxlıq və tıxac olur. Bakı kəndlərindən mütəmadi avtobus və avtomobillər keçir o yoldan”.

E.Muradlı bildirib ki, bu gün yeni dərs ilinin ilk ayından Bakının əksər istiqamətlərində sıxlığın, tıxacın yaşanmasına səbəblərdən biri də plansız fəaliyyətinin nəticəsidir:

“Bu yay ayları ərzində Bakı yollarında xeyli iş görülə bilərdi. Xüsusilə nəzərə alın ki, bu yay o qədər də isti keçmədi, açıq havada işləmək üçün temperatur uyğun idi. Ancaq bunu dəyərləndirmədilər. Xırdalan şəhərinin içindən keçən yol “Ekologiya postu” adlanan əraziyə birləşir. O yol həmişə sıxlıq olur. Dərslər başlayanda isə sıxlıq və tıxac lap acınacaqlı vəziyyət alır. İndi təsəvvür edin ki, kanalizasiya xətti üçün yolun bir hissəsi qazılıb. O yoldan istifadə etməyə məcbur olanlar nə zülmlər çəkir. Bir azdan yağışlar başlayacaq, onda o yolun vəziyyəti necə olacaq?”

Tarix
2019.09.19 / 11:37
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla