Yuxarı

Generallar bir arada - İclas

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin sonunda təlimlərin və 2019-cu ilin doqquz ayının yekunlarına dair Müdafiə Nazirliyinin kollegiya iclası keçirilib.

Axar.az xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İclasda Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığına əsasən cari ilin doqquz ayı ərzində ordu quruculuğu sahəsində aparılan islahatlar, Azərbaycan Ordusunun döyüş fəaliyyəti, silah və texnika ilə təchizatı, maddi-texniki təminatı, kadr islahatları, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, həmçinin əldə edilən nailiyyətlər barədə geniş məruzə ilə çıxış edib.

Nazir müavini bildirib ki, hesabat dövrü ərzində müxtəlif növ hərbi təlimlər, döyüş hazırlığı məşğələləri keçirilib, qoşunların və ön xətt bölmələrinin döyüş qabiliyyəti artıb, şəxsi heyətin peşəkarlıq səviyyəsi yüksəlib.

General-leytenant K.Vəliyev qeyd edib ki, Azərbaycan Ordusunun tabeliyində olan bütün hərbi hissələrdə və hərbi-təhsil müəssisələrində, xüsusilə də ön xətt bölmələrində böyük həcmdə quruculuq, o cümlədən təmir-bərpa işləri aparılıb, yeni hərbi obyektlər istifadəyə verilib, şəxsi heyətin sosial təminatının yaxşılaşdırılması istiqamətində bir sıra addımlar atılıb.

Nazirliyin rəhbər heyəti, birlik və birləşmələrin komandir və qərargah rəisləri, o cümlədən məsul zabitlərin iştirak etdiyi kollegiya iclasında Müdafiə naziri general-polkovnik Zakir Həsənov yekun çıxışı edib.

Öz çıxışında təlimlərin nəticələrini təhlil edən Müdafiə naziri bildirib ki, qarşıya qoyulan vəzifələr tam həcmdə yerinə yetirilib və plana uyğun olaraq qoşunlar irimiqyaslı döyüş əməliyyatları üzrə tapşırıqları uğurla icra ediblər.

Müdafiə naziri təlimlər zamanı idarəetmə orqanları və qoşunların əməliyyat hazırlığının daha da təkmilləşdirildiyini və qərargahların öz vəzifələrini müvəffəqiyyətlə icra etdiyini qeyd edib.

Komandanlığın qoşunları idarəetmə bacarığı və hərbi qulluqçuların döyüş əzmi Müdafiə naziri tərəfindən yüksək qiymətləndirilib.

General-polkovnik Z.Həsənov keçirilən genişmiqyaslı təlimlərin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları bir daha kollegiya iştirakçılarına çatdırıb.

Tarix
2019.09.20 / 16:18
Müəllif
Axar.az
Digər xəbərlər

COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...

COP29-un bağlanış iclası: ikinci hissə keçirilir - Canlı

Bu gün Bakıda mühüm addım atıldı - Nazir

COP29-da tarixi qərar qəbul olundu

Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla