Yuxarı

“Azercell” yenə “İlin Telekommunikasiya Şirkəti” seçildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azercell” yenə “İlin Telekommunikasiya Şirkəti” seçildi

Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell Telekom biznes aləmində nüfuzlu sayılan Beynəlxalq “Stevie” mükafatına layiq görülüb.

Axar.az xəbər verir ki, 2018-ci ilin nəticələri və nailiyyətləri üzrə münsiflər heyətinin apardığı dəyərləndirmə nəticəsində “Azercell” növbəti dəfə “İlin Telekommunikasiya Şirkəti” nominasiyasında Bürünc “Stevie” mükafatı qazanıb. Şirkətin respublika boyu şəbəkənin gücləndirilməsi və genişləndirilməsi istiqamətində uğurla tamamladığı böyükmiqyaslı layihələri, ölkənin telekommunikasiya sahəsinin inkişafına verdiyi töhfəsi, sərgilədiyi nümunəvi müştəri xidmətləri, innovativ həllər və məhsullar bazası, eləcə də həyata keçirdiyi sosial təşəbbüsləri bu mükafatı qazanmasına vəsilə olub.

Xatırladaq ki, uğurlu fəaliyyətinin nəticəsi olaraq "Azercell" 2018-ci ili 49 % bazar payı ilə lider mövqedə başa vurub. Şirkət bu müddət ərzində daha 30 bölgədə 800-dən artıq 4G stansiyası qurub. Beləliklə də, "Azercell"in 4G istifadəçilərinin sayı 1 milyonu keçib, internet istifadəsi isə 2017-ci il ilə müqayisədə 13 petabayta çatıb. Təkcə 2018-ci ildə "Azercell"in ölkənin telekommunikasiya sahəsinin inkişafına yatırdığı sərmayənin dəyəri 59,5 milyon ABŞ dolları təşkil edib.

Məlumat üçün bildirək ki, 2002-ci ildə təsis olunmuş “Stevie” mükafatının dəyərləndirmə prosesinə iş adamlarının, biznes sahəsində aparıcı mövqedə çalışan şəxslərin və təlimçilərin də yer aldığı 1000-ə yaxın mütəxəssis cəlb olunur. “Stevie” mükafatının məqsədi dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır. Müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən fərdlərin fəaliyyətinin qiymətləndirilməsidir.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2019.09.26 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla