Yuxarı

Min manatdan çox maaş alan müəllimlərin - Sayı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Min manatdan çox maaş alan müəllimlərin - Sayı

Sentyabrın 27-də Təhsil naziri Ceyhun Bayramov İsmayıllıda Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvləri ilə görüşüb.

Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüşdə Təhsil naziri Ceyhun Bayramov son illər müəllimlərin peşəkarlıq səviyyəsinin və cəmiyyətdə nüfuzunun artırılması istiqamətində görülən işlərdən danışıb. Müəllimlərin fəaliyyətinin stimullaşdırılması ilə bağlı davamlı tədbirlərə diqqət çəkən Təhsil naziri deyib ki, ölkə Prezidentinin sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşları bu il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılıb. Bu dəyişiklikdən sonra aylıq əmək haqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5000 nəfər təşkil edib.

Müəllim peşəsinə marağın artdığını qeyd edən Ceyhun Bayramovun sözlərinə görə, ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. Müəllimlərin işə qəbulu üzrə əldə olunan nailiyyətlərə toxunan Təhsil naziri qeyd edib ki, bu il müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artıb, müraciət edənlərin sayı təqribən 55 min olub.

Təhsili naziri deyib ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində müəllimlik rəqabətli bir peşəyə çevrilib, ən yüksək nəticə göstərən abituriyentlər arasında bu ixtisası seçənlərin sayı dəfələrlə artıb. Nazir bildirib ki, cari ildə 500-dən çox bal toplayanların 25 faizi müəllimlik ixtisasını seçib.

Müəllimlərin mühüm peşə keyfiyyətlərindən danışan Təhsil naziri müəllim nüfuzunun cəmiyyətdə rolunun artdığını xüsusi vurğulayıb və bütün müəllimlərə fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Tarix
2019.09.27 / 21:20
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla