Yuxarı

Rəşad Atakişiyevin 40 mərasimi - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəşad Atakişiyevin 40 mərasimi - Fotolar

09:36

MiQ-29 hərbi təyyarəsi ilə Xəzər dənizi üzərində təlim uçuşu edərkən qəzaya düşərək şəhid olan Hərbi Hava Qüvvələrinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin 40 mərasimidir.

Axar.az xəbər verir ki, ailə üzvləri və silahdaşları II Fəxri Xiyabanda mərhum pilotun qəbrini ziyarət edib.

Mərhumun azyaşlı oğlu da atasının məzarı üstünə gəlib.

Polkovnik Abdulla Qurbani Hərbi Hava Qüvvələrinin baş komandanı general-leytenant Ramiz Tahirov başda olmaqla onun silahdaşları adından bir daha Rəşadın, əziz zabitinizin ailəsinə, doğmalarına başsağlığı verib:

“Onun Vətən torpağına əmanət edildiyi vaxtdan 40 gün keçir. Bu ağrı və itki ailəsi kimi silahdaşlarını da kədərləndirdi. Bu günlərdə qürurverici hadisələrlə də qarşılaşmışıq. Rəşad qardaşımıza hesabat və vəfa borcu olaraq çatdırmaq istərdik ki, Türkiyə-Azərbaycan pilotlarının birgə taktiki təliminin bağlanış mərasimində Rəşad ehtiramla xatırlandı. ASAN Xidmətlə Müdafiə Nazirliyinin Bakının işğaldan azad olunmasının 101-ci ildönümü münasibətilə hərbi ali məktəblərin 101 nəfər tələbəsi düşərgələrdə oldular. Birinci günün yarışlarının nəticələri elan olundu, mükafatlandırılma zamanı tədbirdə mindən çox insan iştirak edirdi. Tələbə adını açıqlayanda özünü "Rəşad Atakişiyev" elan edəndə meydanı alqış bürüdü. Hərbi Hava Qüvvələrində Rəşad Atakişiyev kimi minlərlə oğullarımız var.

Bu gün dövlət radiosunda gün ərzində rekviyem səslənəcək".

Foto: Pərviz Həşimi

Tarix
2019.09.28 / 10:55
Müəllif
Nərgiz Cavadzadə
Digər xəbərlər

Kim Çen İn İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

WUF13 bayraq endirmə mərasimi ilə başa çatdı

WUF13-ün bağlanış mərasimi keçirildi - Video

WUF13: Bakı estafeti bu şəhərə ötürdü

Dünya Bakıdan verilən çağırışı eşitməlidir - Rossbax

Paşinyandan Sumqayıt və Gəncə ilə bağlı iddialara cavab

Əli Əsədov MDB ölkələrinə təşəkkür etdi

Bakıda qadınlarla bağlı maraqlı təkliflər

Bayramov Rebeka Qrinspanla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla