Yuxarı

Bu pulla 7 məmur ABŞ-a gedib - Deputatdan şok

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu pulla 7 məmur ABŞ-a gedib - Deputatdan şok

Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur Urmu gölünə ayrılan valyuta vəsaiti hesabına İran rəsmilərinin Amerika Birləşmiş Ştatlarına səfər etdiyini bildirib.

Axar.az xəbər verir ki, deputat bu barədə İran mediasına danışıb.

“Xoşbəxtlikdən Urmu gölündə suyun səviyyəsi ötən ilə nisbətən 1.02 metr artıb. Bütün bunlar Allahın mərhəmətidir. Lakin təəssüf ki, Urmu gölünə hədiyyə edilən valyuta vəsaiti bizim əlimizə çatmayıb. Ona görə də cənab Cahangiri Urmu Gölünü Canlandırma Mərkəzinin rəisi kimi cavabdeh olmalı, bəzi ölkələrin Mərkəzə göndərdiyi valyuta vəsaitinin bu günədək harada xərcləndiyi barədə bizə məlumat verməlidir", - o bildirib.

Millət vəkili sözlərinin davamında vurğulayıb:

“Bizdə olan məlumata görə, Urmu gölünün canlandırılması üçün 300 milyon dollardan çox yardım edilib. Bu vəsaitin hesabına 7 nəfər Amerika Birləşmiş Ştatlarına səfər edib. Bu barədə Urmu Gölünü Canlandırma Mərkəzinə heç bir raport təqdim olunmayıb".

Tarix
2019.10.06 / 23:34
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla