Yuxarı

Türk düşməni olmayan jurnalistlər bir arada - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk düşməni olmayan jurnalistlər bir arada - Foto

Bu gün “Qlobal medianın inkişaf trendləri: Risklər və İmkanlar” Bakı Beynəlxalq Media Konfransı keçirilir.

Axar.az xəbər verir ki, giriş sözü ilə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanın millətlərarası dialoq, tolerantlıq mühitinin bərqərar olduğu, nüfuzlu toplantıların keçirildiyi məkan olduğunu vurğulayıb.

“Ölkəmizin Bakı Beynəlxalq Media Konfransına ev sahibliyi etməsi medianın nə qədər aktual olduğunu göstərir. Ümid edirik ki, bu konfrans dünyanın aparıcı media qurumlarının nümunayəndələrinin platformasına çevriləcək. Müasir dövrdə söz və mətbuat azadlığı mühüm şərt kimi irəli sürülür, mətbuatın sərbəst və maneəsiz fəaliyyəti hər bir ölkə üçün öhdəlik kimi qəbul edilib. Mühüm tendensiyaları daim diqqətdə saxlamalı, neqativ hallar nəzərimizdən yayınmamalıdır. Bu isə qarşılıqlı əməkdaşlığın dərinləşməsindən asılıdır. Nəzərə çarpan hadisə və proseslərə də töhfəmizi verə bilərik, proseslərə zamanında reaksiya verilməsi vacibdir. İnternet əsrində yaşayırıq, internet media resurslarının da sayının artmasında dinamiklik müşahidə olunur”, - MŞ sədri deyib.

Əflatun Amaşov Azərbaycanın ikili standartlardan əziyyət çəkdiyini qeyd edib:

“Zaman-zaman qeyri-obyektivlik və qərəzin şahidi oluruq. Belə hallar bizi düşündürməlidir. Bu mənfi təmayüllərə münasibətdə “Qlobal medianın inkişaf trendləri: Risklər və İmkanlar” Bakı Beynəlxalq Media Konfransı obyektiv mövqedən çıxış edərək, dünyaya mesaj verən tribuna kimi özünü təsdiqləyəcək, prioritetlərini müəyyənləşdirəcək”.

Qlobal Jurnalistlər Şurasının sədri Məhməd Əli Dim Azərbaycanla Türkiyə mediasının ortaq tərəflərinin olduğunu vurğulayıb.

O, Türkiyədə media ilə bağlı çoxsaylı təşkilatın olduğunu qeyd edib:

“Bu sahədə tənzimləməyə, yeni bir nəfəsə ehtiyac var. Xarici İşlər naziri Mövlud Çavuşoğlunun dəstəyi ilə Qlobal Jurnalistlər Şurası yaradılıb. Türkiyədə fəaliyyət göstərən xarici media orqanları da bizim təşkilatımızın sırasında yer alır, türk düşməni olmayan jurnalistlər üzvlərimizdir”.

Tarix
2019.10.14 / 15:48
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan İlham Əliyevə təşəkkür etdi

Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Sabah Azərbaycanla Türkiyə arasında mühüm iclas keçiriləcək

Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər

İlham Əliyev Piterə gələ bilər - Peskov

Vardanyan Bakıda bu cür saxlanılır: şəraiti... - Video

Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video

Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi

Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla