Yuxarı

Bəlkə, bəzi institutları birləşdirək? – Akif Əlizadə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:01

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə magistraturasında tədris prosesində aşkara çıxarılan nöqsanlara münasibət bildirib.

Axar.az Report-a istinadla xəbər verir ki, Akademiyanın Rəyasət Heyətinin bugünkü iclasında akademik-katib Əminağa Sadıqova cavab verən A.Əlizadə magistratura pilləsinin Akademiyada açılması üçün çox çətinlik çəkdiyini deyib.

O qeyd edib ki, hər dəfə çıxışında Akademiyada magistratura pilləsində təhsil səviyyəsi fərqli formada təşkil edilir:

"Ancaq dedikləriniz görsədir ki, kifayət qədər çətinliklər var. Bütün bu sadalanan nöqsanlar bizə yaxşı nəticə üçün ad gətirməz. Hardan əlavə otaq verək? Bir otaq tapmaqla məsələ həll olunmur. Həmkarların sayı haqqında düşünülməlidir. Bəlkə yenə də bəzi institutları birləşdirək?! Hər il 100 magistr qəbul edəcəyik. Hamı gəlib deyir ki, magistrlara ştat verək. Ştatları hardan, necə verəcəyik? Akademiyanın təxminən 11 min ştatlı işçisi var. Onda gəlin bəzi işçiləri işdən çıxaraq. Hamı ştata düşmək istəyir. Əgər lazımi şərait yaradılmırsa, deməli, Akademiyada magistratura pilləsi bağlanmalıdır. Bu təhsil pilləsini yaratmışıq ki, inkişaf edək. Məcburi deyil ki, Akademiyanın 27 institutunda magistr təhsili olsun. Misal olaraq 7 institutda olsun, amma keyfiyyətli təhsil verilsin".

A.Əlizadə vurğulayıb ki, əgər bu sahədəki problemlər aradan qaldırılmasa, magistrlar küsüb gedərlər:

"Onlar bir-biri ilə söhbət edəndə deyirlər ki, Akademiyada şərait yoxdur. Bunu institut direktorları da yaxşı bilir. Ona görə də xahiş edirəm ki, bu istiqamətdə elmi şuralarda da açıq söhbət aparıb qərar qəbul edilsin. İnstitut və bölmələrdə bu sahəyə olan ciddilik artırılmalıdır. Gələn il də analoji monitorinqləri keçirərik. Əgər nəticələr eyni olacaqsa, növbəti il üçün yer sayı sifariş edəndə qəbul planını azaldarıq. Əsas olan keyfiyyətli tədris prosesidir".

Tarix
2019.10.16 / 19:02
Müəllif
Axar.az
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla