Yuxarı

Məktəblərdə yeni dövr: şagirdlərə şad xəbər – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təmayülləşmə müstəqillik dövründə ümumtəhsil pilləsində həmişə prioritet istiqamətlərdən biri olmaqla, istedadlı şagirdlərin ayrı-ayrı sahələr üzrə istedad və potensialının inkişafına xidmət edir. Belə məktəblərin inkişafına xüsusi dəstək verilməlidir. Bu, məktəblilərə universitet oxumadan öz istedadlarını göstərmək, təqdim etmək, müəyyən peşəyə sahib olmaq imkanı yaradır.

Bu sözləri Axar.az-a təhsil eksperti Elşən Qafarov təmayüllü siniflər, məktəblər və onun təhsilin inkişafına verdiyi dəstəklə bağlı danışarkən deyib.

E.Qafarov bildirib ki, bu il iyunun 19-da qəbul edilmiş Təhsil Haqqında Qanunun 19-cu maddəsinin 19-cu bəndində (Tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsi (humanitar, texniki, təbiət və digər) təmin olunur:

“Təmayüllü liseylərin və siniflərin əsas məqsədi istedadlı şagirdlərin üzə çıxarılması, onların istedad, bilik və bacarıqlarının inkişafıdır. Bu sahədə görülmüş işlərin nəticəsidir ki, təkcə 2018-2019-cu tədris ilində beynəlxalq fənn olimpiadalarında şagirdlərimiz 48 medal qazanıb.

İlk növbədə, təmayüllü liseylərin fərdi dərslikləri nəşr olunmalıdır. Təhsil Nazirliyi həmin liseyləri öz dərsliklərini hazırlayıb çap etdirməyə təşviq etməlidir. Eyni zamanda, təmayüllü siniflər üçün fərdi dərsliklər hazırlanıb çap olunmalıdır”.

Ekspert qeyd edib ki, bu sahədə atılan ən böyük addımlardan bir 2019-2020-ci tədris ilindən başlayaraq, Gəncə şəhəri və Quba rayonunda nazirliyin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin siniflərinin yaradılması olub:

“Şagirdlərin təhsil alması üçün Bakı şəhərində və regionlarda fəaliyyət göstərən lisey və gimnaziyalarla yanaşı 2015-2016-ci tədris ilindən başlayaraq, ilk dəfə ölkənin 50 ümumtəhsil məktəbində təmayüllü siniflərin yaradılmasına başlanılıb. Növbəti tədris ilində daha 100 məktəbdə bu tip siniflərin yaradılması ilə tam orta təhsil səviyyəsində təmayüllü siniflərin şəbəkəsi genişləndirilib və artıq 2018-2019-cu tədris ilində ölkə üzrə tam təmayüllü siniflərin sayı tam orta səviyyədə olan siniflərin ümumi sayının 40 %-nə çatdırılıb. Eyni zamanda, pilot layihə kimi ümumi orta səviyyədə də (5-9-cu siniflərdə ) təmayüllü siniflər yaradılmağa başlanılıb.

Hazırda 2019-2020-ci dərs ilində ölkə üzrə 184 məktəbdə 404 təmayül sinif fəaliyyət göstərir”.

E.Qafarov vurğulayıb ki, təmayüllü siniflərdə çalışacaq müəllimlərin seçilməsi məsələsinə də aydınlıq gətirilməli, bununla bağlı təlimat hazırlanmalıdır:

“Sertifikasiyanın ikinci mərhələsində müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsinə qədər həmin siniflərdə hansı kateqoriyalı müəllimlərin çalışa biləcəyi müəyyənləşməlidir.

Ən əsası isə Azərbaycan Respublikasının Prezidentinin 19 yanvar 2015-ci il tarixli 995 №-li Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nında göstərildiyi kimi, 12 illik təhsilə keçidi reallaşdırmaq lazımdır. Yalnız bundan sonra təmayülləşmə prosesinin onunla bağlı olan bütün gözləntiləri doğrulda biləcəyini düşünürəm”.

Ekspert son olaraq bildirib ki, şagirdlərin təmayülləşməsi onların istedad və bacarıqlarının üzə çıxmasına kömək edir:

“Bu, məktəblilərin sonrakı həyatlarında daha rahatlıqla iş tapmasına, özünü tanımasına və asanlıqla özünə istiqamət müəyyənləşdirməsinə kömək edir”.

Tarix
2019.10.18 / 12:17
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türk dünyasının ortaq xəritəsi yaradılır - Foto

Mehriban Əliyeva Prezidenti bu sözlərlə təbrik etdi

ABŞ səfirliyinin bu bəyanatı... - İcma

XİN-dən ABŞ səfirliyinə cavab

Liderlər İlham Əliyevi təbrik edir

Türkiyə ordusu bu ölkədə əməliyyata başlayacaq

Azərbaycan bizim üçün böyük əhəmiyyət daşıyır - Orban

Bayramov Serbiya parlamentinin sədri ilə görüşdü

Tiflisdəki aksiyaları bu fond təşkil edir - Tsilosani

Nazarbayev İlham Əliyevə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla