Yuxarı

Prezidentə bu cür dəstək verə bilərik - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentə bu cür dəstək verə bilərik - Deputat

Azərbaycan Prezidenti sonuncu iqtisadi müşavirədə xüsusi vurğuladı ki, büdcədə xərclər məqsədyönlü şəkildə şişirdilir. Biz prezidentə dəstək verməliyik. Şişirdilən xərclərin qarşısını almalıyıq.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Milli Məclisdə “Büdcə sistemi haqqında” qanuna dəyişiklik edilməsi haqda məsələnin müzakirəsi zamanı deyib.

Deputatın sözlərinə görə, qanunun 12-ci maddəsinə əsasən hansı sənədlərin Milli Məclisə təqdim edilməsi göstərilib:

“Orada açıq qeyd edilir ki, mühüm investisiya proqramlarını özündə əks etdirən dövlət investisiya layihələri də təqdim edilməlidir. Amma bizə ümumi məlumatlar verilir, konkret olaraq hansı obyektə nə qədər vəsaitin ayrılacağını bilmirik. Mən Milli Məclis rəhbərliyindən xahiş edirəm ki, büdcə layihəsi sənədi parlamentə daxil olarkən bütün sənədlər təqdim edilməsə, onu qəbul etməsin.

Eləcə də Hesablama Palatasına deyilməlidir ki, investisiya layihələrini dəqiq göstərin, bilinsin ki, hansı obyekt neçəyə başa gəlir. Hesab edirəm ki, bu cür fəaliyyətlə Prezidentə dəstək və kömək edə bilərik”.

Tarix
2019.10.22 / 14:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

Çavuşoğlundan Bakıda mesaj: Müharibənin bitməsi...

Papikyandan Nəsimi Musayevlə bağlı mühüm açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla