Yuxarı

Fazil Mustafadan həmkarına cavab – Selfi qalmaqalı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fazil Mustafadan həmkarına cavab – Selfi qalmaqalı

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Oqtay Əsədovun yanında nüfuzunu artırmaq üçün mənim şəkil çəkdirib paylaşmağımı tənqid edib.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa parlamentdə foto çəkdirdiyinə görə Milli Məclisin bugünkü iclasında Ziyafət Əsgərov tərəfindən qınaq obyektinə çevrilməsi haqda deyib. O bildirib ki, hər bir millət vəkilinin şəkil çəkdirib, iclas haqqında məlumat vermək hüququ var:

“Bu gün parlament sədrinin birinci müavini Ziyafət Əsgərov Milli Məclisin iclasında şəxsimizə yönəlmiş atmaca ilə gündəmə gəlib. İclasda iştirak etmədiyim üçün bu məlumatı saytlardan oxudum. Açığı, mənim hörmətli Ziyafət müəllimin ünvanına hansısa irad səsləndirmədiyim halda belə bir açıqlama verməsi bir qədər təəccüb doğurdu. Sonra anladım ki, hörmətli Ziyafət müəllim Milli Məclis sədrinin yanında nüfuzunu artırmaq üçün belə bir fədakarlıq göstərib. Əgər belədirsə, o halda Ziyafət müəllimin bu taktiki addımına anlayışla yanaşmalıyıq. Məni narahat edən məsələ elmlər doktorunun, professorun bizim çıxışlarımızı telefonla çəkərək sosial şəbəkədə paylaşmağımızı selfi çəkdirmək kimi dəyərləndirməsidir. Görünür, hörmətli professor Konstitusiyanın insan hüquqları ilə bağlı maddələrini və Milli Məclis deputatının hüquqlarına aid müddəaları çoxdandır gözdən keçirməyib. Deputatın Milli Məclisdə etdiyi çıxışları istədiyi formada yaymaq hüququ var və məhz bu hüququ tanımayanların sayəsində Milli Məclisin nüfuzu aşağı salınır”.

Qeyd edək ki, deputat Ziyafət Əsgərov həmkarı Fazil Mustafanın iclasda şəkil çəkdirib paylaşmasını tənqid edərək, parlamentin qanunverici orqan olduğunu və selfi çəkdirmək yeri olmadığını deyib. O, F.Mustafanın daim sosial şəbəkələrdə və televiziya efirlərində olmasını da tənqid edib.

Tarix
2019.10.22 / 15:18
Müəllif
Axar.az
Digər xəbərlər

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

Azərbaycandan qayıdan təyyarəni İsrail vurub?

Prezident Cövdət Yılmazı qəbul etdi - Foto

Rusiya qadağası Azərbaycana necə təsir edəcək?

Prezident onları qəbul etdi - Foto

Rusiya Ermənistana görə Azərbaycana təşəkkür etdi

Putin Kremldə açıq dedi - Ermənistanda “duel” başladı

Paşinyan Rusiya və Qərb arasında “manevr” etməyə çalışır...

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla