Yuxarı

Bakıda mötəbər tədbir: 2 marşrutun istiqaməti dəyişdirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bəzi marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Axar.az-a verilən məlumata görə, oktyabrın 25-26 - da Bakı şəhərində “Qoşulmama Hərəkatı”na üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədar olaraq Təbriz küçəsinin G.Qədirbəyova və Həsənoğlu küçəsi ilə kəsişmələrində tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq 5 və 11 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcəkdir.

5 nömrəli marşrut:

20-ci sahə istiqamətində A.Nemətulla küçəsi – H.Əliyev prospekti – G.Qədirbəyova küçəsi – Xətai prospekti – Ə.Ağaoğlu küçəsi – Təbriz küçəsi daha sonra öz xətti üzrə.

“N.Nərimanov” metro stansiyası istiqamətində Təbriz küçəsi – Ə.Ağaoğlu küçəsi - Xətai prospekti – H.Əliyev prospekti – İ.Hidayətzadə küçəsi – Çernyayevski küçəsi – A.Nemətulla küçəsi – Təbriz küçəsi

11 nömrəli marşrut:

S.Rəhimov küçəsi (“28 May” metro stansiya) istiqamətində Ə.Rəcəbli küçəsi – Təbriz küçəsi - A.Nemətulla küçəsi – H.Əliyev prospekti – G.Qədirbəyova küçəsi – Xətai prospekti daha sonra öz xətti üzrə.

Əbilov küçəsi istiqamətində Xətai prospekti – H.Əliyev prospekti – İ.Hidayətzadə küçəsi – Çernyayevski küçəsi – A.Nemətulla küçəsi – Təbriz küçəsi – Ə.Rəcəbli küçəsi daha sonra öz xətti üzrə.

Eyni zamanda tədbirlə əlaqədar digər küçə və prospektlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulması zamanı müəyyən marşrutların hərəkət istiqamətləri operativ olaraq dəyişdiriləcəkdir. Sərnişin avtobusların hərəkəti də digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçə və prospektlərdən keçməklə təşkil ediləcək.

Sürücülərdən və avtomobil sahiblərindən xahiş edirik ki,bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə edərək ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər. Vətəndaşlarımızdan müvəqqəti dəyişiklikləri anlayışla qarşılamaqları xahiş olunur.

Tarix
2019.10.22 / 17:22
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə bu ölkə arasında viza məsələsi müzakirə olunacaq

Bakı və Kiyev qaz təchizatını müzakirə etdi

Suriya lideri Bakıda İsrail rəsmiləri ilə görüşüb

İlham Əliyev Milatoviçi təbrik etdi

Rusiya Zəngəzur dəhlizinin bahalığından “narahat” oldu

Türkiyə ilə Ermənistan arasında yeganə hüquqi sənəd...

Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

İlham Əliyev Ərdoğana zəng etdi

Nazirlərin adından yayılan xəbərlərlə bağlı rəsmi açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla