Yuxarı

İstanbul Konvensiyasına qoşulmalıyıq – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbul Konvensiyasına qoşulmalıyıq – Millət vəkili

Bu gün Milli Məclisdə “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva da çıxış edib.

Axar.az xəbər verir ki, millət vəkili bu konvensiyaya qoşulmağımızın, bununla bağlı qanunun qəbul olunmasının vacibliyini bildirib.

Q.Paşayeva hökumət və parlamenti digər vacib bir konvensiyanı - qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasını (İstanbul Konvensiyasını) da imzalamağa və ratifikasiya etməyə çağırıb:

“Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması istiqamətində ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın millət vəkili kimi fəaliyyət göstərdiyi dövrdə qanunvericilik sahəsində önəmli addımlar atılıb. Ölkəmizin İstanbul Konvensiyasını imzalaması və ratifikasiya etməsi dövlətimizin beynəlxalq imici üçün də vacib bir məsələdir, amma ən əsası, bu, ilk növbədə bizim insanlarımız –zorakılıq, həmçinin məişət zorakılığının qurbanı olan qadınlarımızın hüquqlarının daha yaxşı qoruna bilməsi üçün lazımdır”.

Q.Paşayeva bildirib ki, qadınlara qarşı zorakılığın artması hamımızı ciddi narahat etməlidir və dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, bu cür ciddi narahatlıq doğuran problemlə mübarizə istiqamətində fəaliyyətimizi daha da gücləndirməliyik:

“Ona görə də mən qısa zamanda bu konvensiyanın da imzalanıb, ratifikasiya edilməsinə və ümumiyyətlə, qadınlara qarşı zorakılıq, məişət zorakılığı ilə daha fəal və sərt mübarizəyə çağırıram”.

Tarix
2019.10.22 / 23:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

Konsulluğumuz önündə aksiya: Ankaranın da rolu varmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla