Yuxarı

Bundan namərdcəsinə istifadə etməyin! – Deputatdan çağırış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bundan namərdcəsinə istifadə etməyin! – Deputatdan çağırış

Bildiyiniz kimi 19 oktyabr aksiyası ərəfəsində mən onları razılaşdırılmamış aksiyadan çəkinməyə çağırmışdım və demişdim ki, bu ona gətirib çıxaracaq ki, elan etdiyiniz payız kampaniyası başlamamış həmin aksiya ilə də başa çatacaq. Bəyan etmişdik ki, insanları hansısa mafoz qüvvələrin və ermənipərəst xarici dairələrin sifarişi ilə mərhumiyyətlərlə üz-üzə qoymayın. Cəmiyyətdə dəyişiklik istəyən fəal vətəndaşlarımız arasında ruh düşkünlüyü yaratmayın. Amma mənim və mənimlə eyni mövqedə olan insanların mövqelərini nəzərə almadılar.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə Milli Şuranın 2 noyabr aksiyasını ləğv etməsi barədə danışarkən deyib. Q.Həsənquliyev bildirib ki, onlara müraciətində

Q.Həsənquliyev bildirib ki, hər şeyin onun dediyim kimi baş verdiyinə təəssüf edib:

“Çoxlu insan, təşkilatçı da daxil, bu aksiyadan əziyyət çəkdi, xarici bədxahlarımıza ölkəmizin nüfuzuna zərər yetirmək üçün bəhanələr verildi və bəzi insanlarımızda ümidsizlik yaradıldı.

Mitinqin təxirə salınmasına gəldikdə isə, onu da söyləmişdim ki, onlar bu yolla Prezidenti qorxuda bilməyəcəklər. Hesab edirəm ki, Baş Prokurorluğun və DİN-in vaxtında verilmiş son açıqlaması ciddi şəkildə bu qərarın verilməsində rol oynadı. Başa düşdülər ki, mənasız işlə məşğuldular və sifarişçilərlə birlikdə ciddi cəzalandırılacaqlar.

Amma hər bir halda, qorxudan qəbul olunsa belə, son qərarı müsbət qiymətləndirirəm. Bir daha Milli Şuranı dəstəkləyən insanları kimin arxasınca getdikləri barədə ciddi-ciddi düşünməyə çağırıram. Dəfələrlə söyləmişəm ki, bu adamların arxasınca getsəniz, böyük xəyal qırıqlığına uğrayıb məyus olacaqsınız.

Mən bu gün Milli Şura rəhbərliyinə bir daha müraciət edirəm ki, dəyişiklik istəyən, siyasətdən çox da baş çıxarmayan insanlarımızın vətənpərvərliyindən namərdcəsinə sui-istifadə etməyin, xalqımızın inkişaf səviyyəsini nəzərə alın, öz mövqe və strategiyanıza bir də baxın. Başqalarının azadlığından danışdığınız bir vaxtda özünüzün mafioz və xarici qüvvələrdən asılılığına son qoymağa çalışın”.

Tarix
2019.11.01 / 10:32
Müəllif
Axar.az
Digər xəbərlər

Qrenlandiya məsələsi çözüldü - Tramp buna nail oldu

Moskvadakı səfirimiz Rusiya MN-ə getdi

Bakı regionun enerji təhlükəsizliyini təmin edən aktordur

Dugin Bakını hədələdi, cavabsız qaldı - Ekspert

Azərbaycan Sülh Şurasında təsisçi dövlət olur: Nə qazanacaq?

İlham Əliyev Rassel Hardi ilə görüşdü

Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos

Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan

İlham Əliyev Davosda panel iclasda iştirak etdi

Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla