Yuxarı

Mehriban Rəhimliyə şərti cəza verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban Rəhimliyə şərti cəza verildi

"QHT işi" üzrə ittiham olunan ABŞ-nin "German Marşal Fondu”nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə başa çatıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham ntiqi ilə çıxış edib və Mehriban Rəhimliyə cəza istəyib.

Prokuror Mehriban Rəhimlinin 2 il müddətə vəzifə tutmaq hüququndan məhrum edilməsini, həmçinin 5 il sınaq mqddəti olmaqla 9 il şərti cəzaya məhkum edilməsini istəyib.

Daha sonra hökm elan edilib. Hökmə əsasən, Mehriban Rəhimli 1 il vəzifə tutmaq hüququndan məhrum edilib.

Həmçinin o, 4 il sınaq müddəti olmaqla 7 il 6 ay şərti cəza alıb.

Qeyd edək ki, Mehriban Rəhimli Baş Prokurorluqda "QHT işi ilə bağlı başladılan cinayət işi çərçivəsində ötən ilin mart ayında istintaqa cəlb olunub. Onun barəsində istintaq müddətində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Mehriban Rəhimlinin barəsində Cinayət Məcəlləsinin 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma - xeyli miqdarda törədildikdə), 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə - bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham verilib.

Tarix
2026.10.07 / 13:04
Müəllif
Axar.az
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla