Yuxarı

Qalmaqallı bağçanın direktoru işdən çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qalmaqallı bağçanın direktoru işdən çıxarıldı

Bakı şəhəri 98 saylı uşaq bağçasında aparılan araşdırma nəticəsində təlim-tərbiyə prosesinin təşkili, idarəetmə və uşaqlar üçün təhlükəsiz mühitin təmin olunmasında yol verdiyi nöqsanlara görə bağçanın müdiri ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Axar.az xəbər verir ki, bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

"Təhsil müəssisələrində hər hansı neqativ halın baş verməsi yolverilməzdir. Təlim-tərbiyə müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması, sağlam işgüzar mühitin təmin olunması əsas prioritetlərdəndir. Yol verilən nöqsanlara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır", - məlumatda qeyd olunub.

Xatırladaq ki, bir müddət əvvəl Bakının Yasamal rayonundakı 98 saylı uşaq bağçasına gedən azyaşlının qanında psixotrop dərman aşkarlanması ilə bağlı iddialar yayılıb. Uşağın səhhətində və davranışında dəyişiklik müşahidə edildikdən sonra ailəsi həkimə müraciət edib və analiz nəticələrinə əsasən belə maddənin aşkarlandığı iddia olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələ ilə bağlı araşdırma aparıldığını bildirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərlə görüşüb və faktın obyektiv araşdırılması üçün DİN və Baş Prokurorluğa rəsmi müraciətlər göndərib. Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Tarix
2026.10.07 / 15:23
Müəllif
Axar.az
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla