Yuxarı

Binalara istilik vaxtından tez verilə bilər - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Binalara istilik vaxtından tez verilə bilər - Açıqlama

Bakı şəhərində istiliyin veriməsi ilə bağlı hazırlıq işləri yekunlaşıb.

Bu sözləri Axar.az-a açıqlamasında Azəristiliktəchizat ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib. O, qazanxanaların tam hazr vəziyyətə gətirildiyini və istənilən vaxt istiliyin verilməsinin mümkün ola biləcəyini bildirib.

R.Əliyev havaların soyuması ilə əlaqədar olaraq istiliyin vaxtından tez verilib-verilməməsinə də münasibət bildirib:

“İstilik təchiaztı müqavilələrlə tənzimlənir. Hansısa təşkilat müraciət edib ödənişə zəmanət verdiyi halda ayrıca qazanxanası varsa, məsələyə baxıla bilər. Dağlıq rayonlarda artıq noyabrın 1-dən etibarən istilik mövsümünə start verilib. Amma ümumilikdə Bakı şəhərində və digər ərazilərdə noyabrın 15-dən etibarən istiliyin verilməsi nəzərdə tutulub. Düzdür, ötən il xəstəxanalar, internat məktəbləri, doğum evlərinin müraciəti əsasında həmin müəssisələrə istilik vaxtından tez verilmişdi. Yəni kəskin soyuma baş verdiyi halda istiliyin vaxtından əvvəl verilməsi mümkün ola bilər”.

R.Əliyev Xırdalanda bəzi yerlərdə istiliyin verilməsinə də aydınlıq gətirib:

“Xırdalanda istilik verilən ərazilər mərkəzi istilik sistemlərinə bağlı deyil. Mənzil-tikinti korporativlərinin fərdi qazanxanaları hesabına sözügedən ərazidə istiliyin verilməsi təmin olunub”.

Tarix
2019.11.04 / 11:44
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Vurulan gəmi "Royad Məmmədov" deyil - Video

Türk diplomat Bakıdan niyə imtina etdi? - Video

Qonşuda 47 ildə ilk: çöküş başladı, nazir istefa verdi

Ukraynaya növbəti humanitar yardım göndərildi

Ceyhun Bayramov Türkmənistana getdi

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Müharibə başa çatsa da, onlar üçün gözlənti davam edir

Avqust Hanninqin casusluq işində Azərbaycanın adı...

Abramyan: Bakı çox böyük oyuna başlayıb

Prezident onlara müaciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla