Yuxarı

ABB-nin süni intellekt həlli “Money20/20”də finalçı kimi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB-nin süni intellekt həlli “Money20/20”də finalçı kimi...

ABB qlobal fintech ekosisteminin tanınmış platformalarından “Money20/20” tədbiri çərçivəsində keçirilən yüksək rəqabətli “The Money Awards 2026” müsabiqəsinin finalçıları sırasında qərarlaşıb.

Bank “AI&Automation” kateqoriyası üzrə finala yüksəlib. ABB müsabiqədə müştərilərin süni intellekt əsaslı fərdi maliyyə menecerləri AI-nur və AI-khan layihəsi ilə iştirak edir.

Bank AI-nur və AI-khan-ı müştərilərə ötən ilin sonlarından təqdim edib. ABB mobile tətbiqinin istifadəçiləri onlarla sadəcə danışaraq şəxsi büdcələrini daha aydın nəzarətdə saxlaya, gəlir və xərclərini mütəmadi şəkildə detallı analiz edə, maliyyə davranışlarını istədikləri kimi nizamlaya bilirlər. Belə ki, AI-nur və AI-khan müştərilərin gəlir və xərclərini izləyib, maliyyə vərdişlərini yönləndirir, onların qərarlarına dəstək olur, müştərilərlə danışaraq bir çox bank əməliyyatlarını yerinə yetirir, kredit limitlərini artırıb azaldır, abunəlikləri idarə edir. Süni intellekt əsaslı fərdi maliyyə menecerlərinin imkanları getdikcə daha da genişlənir.

İstifadəyə veriləndən sonra qısa müddət ərzində müştərilər süni intellekt əsaslı fərdi maliyyə menecerləri ilə milyonlarla qarşılıqlı ünsiyyət qurublar. Layhənin qlobal müsabiqənin finalına çıxmasında onun müştəri təcrübəsində qazandığı uğurlar böyük rol oynayıb.

“The Money Awards” maliyyə xidmətləri sektorunda innovasiya, texnologiya və real təsir yaradan şirkətləri, məhsulları, tərəfdaşlıqları dəyərləndirən “Money20/20” platformasının qlobal fintech mükafatı proqramıdır. Mükafata təqdim olunan layihələri maliyyə və texnologiya sahəsinin aparıcı ekspertlərindən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirir.

“The Money Awards 2026” qalibləri oktyabrda ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək “Money20/20 USA” tədbiri çərçivəsində elan olunacaqlar. ABB final mərhələsində Plaid, DriveWealth, Socure, Sardine, U.S. Bank və s. kimi tanınmış qurumlarla yarışacaq.

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.

Tarix
2026.10.07 / 12:28
Müəllif
Axar.az
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla